Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Balıq yetişdirən sahibkarlar AQTA-nın təhlükəsizlik sertifikatını almalıdır...” - Ekspert...

Xəbər verdiyimiz kimi Salyan, NeftçalaSabirabad rayonlarında olan qanunsuz balıq nohurlarında balıqların toyuq peyni ilə qidalandığı bildirilir.

Bildirilir ki, bu cür nohur balıqlarının bazarda satışı zamanı niyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təhlükəsizlik sertifikatı yoxdur? Axı toyuq peyni ilə qidalanan balıqlar birbaşa insan sağlamlığı üçün ziyandır.

İnfom.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu cür hallar dəfələrlə baş verib. Hətta illər öncə Sabirabadda balıqların insan nəcisi ilə yemlənməsiylə bağlı onlara şikayət daxil olub:

“Bizim quruma təxminən 6 il öncə Sabirabad rayonundan vətəndaş və jurnalist ərizəylə müraciət etdi. Onlar gözləriylə gördüyü bir mənzərəni yazıb bildirdilər ki, balıq nohurlarında balıqları insan nəcisi ilə qidalandırırlar. Hətta bunu daşıyan sürücüylə də bizim söhbətimiz oldu. Mən bununla bağlı dövlət qurumları qarşısında məsələ qaldırdım. Amma təəssüflər olsun ki, onlar bunu inkar etdilər və bildirdilər ki, belə şey yoxdur.

Bir şey danışılırsa, deməli var. Sizin dediyiniz faktları da istisna etmirəm ki, doğru deyil. Bütün bunlar isə müxtəlif heyvan xəstəliklərinin balıqlara daşınması kimi xarakterizə oluna bilər. Ona görə həmişə deyirəm ki, insanlar baytarın əli çatmayan balığı yeməlidir. Yəni balıqların qırılmaması üçün onlara antibiotiklər verirlər və həqiqətən də göldən çıxarılan balıqlar arzuolunan balıqlar deyil. Bu həm də bəzi xəstəliklərin insanlara yolxumasına səbəb ola bilər".

Ekspert deyib ki, Qida Təhlükəsizliyi Agentliyi də bu istiqamətdə ciddi tədbirlər görmür: “Mən AQTA-də İctimai Şuranın üzvü olaraq qeyd edirəm ki, çox təəssüflər olsun ki, onların əsasnaməsində qida zəncirində iştirak edən qurumların məcburi cəlbetmə məsələsi yoxdur.

Bizneslə məşğul olan istənilən qurum özü AQTA-nə müraciət etməlidir və qida təhlükəsizliyi haqqında sertifikat almalıdır.

Belə olanda AQTA-nın əməkdaşları gedib həminn yerlərə baxış keçirib, öz tövsiyələrini verirlər. Lakin hətta biznes qurumlar bu işə etinasız yanaşsalar da, düşünürəm ki, AQTA-nə ciddi kömək lazımdır. Onun regional qurumları gərək mütləq nohurlarda monitorinqlər aparsınlar, lazım olduqda bura media nümayəndələrini də cəlb etsinlər. İnsanlar arasında bu xəstəliklərin yayılmaması üçün tədbirlər görsünlər.

Bir sözlə, AQTA-nın zəruri işləri var, lakin kafi səviyyədə deyil hələlik ki. Təəssüf edirəm ki, İctimai Şura üzvləri olaraq zəifik, AQTA-nə lazımi köməyi edə bilmirik, ona görə də İctimai Şuraya çoxsaylı Kütləvi İnformasiya Vasitələri təmsil olunmalıdır, nəinki biznes qurumları”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinin artırılmasıyla bağlı imzaladığı fərmanında deyilir:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda edilən dəyişikliyə əsasən, fitosanitar və baytarlıq tələblərinə və qaydalarına uyğunluq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanıla bilər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Məzahir Pənahov:  Vəziyyəti bilə-bilə gərginləşdirən namizədə xəbərdarlıq edilməlidir...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay