Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iyirmi gündə keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Əhməd Məmmədov, Mehdi İsayev və Fərhad Layıcov saxlanılıblar. Şəxsi axtarış zamanı saxlanılanlar hər birindən müxtəlif çəkilərdə qurudulmuş marixuana aşkarlanıb.

Araşdırmalar zamanı onlara narkotik vasitəni satan şəxslərin Fərrux Xəlilov, Rəvan Şabanov və Yaşar Mahamacanov oluqları müəyyən edilib. Onlar tutularaq istintaqa təqdim ediliblər. Narkotacirlərdən satdıqları narkotik vasitədən əldə etdikləri pul və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilən digər əməliyyat tədbiri nəticəsində isə daha 6 nəfər - Rasim Məmliyev, Çıraq Çıraqov, Şaban Qıstarov, Səbuhi Misirov, Rafael Manafov və Vəfadar Osmanov saxlanılıb. Onlardan külli miqdarda heroin, eləcə də qurudulmuş marixuana aşkarlanıb.

Yaşadığı ünvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Ramil Dibirov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin içərisində aqrotexniki qulluq göstərməklə yetişdirdiyi çətənə bitkisinin şitilləri qablaşdırılaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay