Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Qarabağ mitinqi - Video 

Bakıda bəzi siyasi qruplar və keçmiş döyüşçülər tərəfindən təşkil olunan Qarabağ mitinqi keçirilir 

Öz çıxışında İsgəndər Həmidov, həmçinin Rusiya ilə hərbi əməkdaşlığın genişləndirilməsi siyasətini tənqid etdi.

"Qarabağın azad olması naminə biz iblisin özü ilə də əməkdaşlıq etməyə hazırıq, amma bu hökumətlə yox", - İ.Həmidov dedi.

İsgəndər Həmidovun çıxışının gedişatında mikrofon söndü və insanlar "İstefa" şüarı səsləndirməyə başladılar. Və bu vaxt meydanda ucadan musiqi səsləndi.

Ancaq bir müddətdən sonra İsgəndər Həmidova öz çıxışını davam etdirməyə imkan verdilər.

Sonra söz Pənah Hüseynə verildi. O, qaçqınların və şəhid ailələrinin sosial müdafiəsini yaxşılaşdırmağa çağırdı, əlavə etdi ki, bu istiqamətdə hakimiyyət və müxalifət birlikdə işləməlidir.

Pənah Hüseyn həmçinin mitinqin Ermənistanın işğal siyasətini ittiham edən qətnaməsini oxudu.

**

Mitinqdə "Ya Qarabağ, ya ölüm", "Qarabağa azadlıq" şüarları səsləndirilir. Mitinq dövlət himni ilə açıq elan edilib. Mitinqə türk tələbələr də qatılırlar. Mitinqdə təxminən iki min nəfərə yaxın insan iştirak edir.

Sonra Hacı Vidadi Qarabağ şəhidlərinin ruhuna fatihə oxuyub.

**

Akif Nağı bildirib ki, dövlətin Qarabağın işğaldan azad olunması ilə bağlı nə qırar verməsundən asılı olmayaraq arxasında olacağıq. Təki Qarabağ işğaldan azad olunsun. Hədəfimiz beynəlxalq təçkilatlardır. Nə qədər ermənilərin arxasında dayanacaqsınız?!Bizim gücümüz xalqın iradəsidir!

**

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl çıxış edərək bildirib ki, gecə-gündüz çal-çağır davam edir, gənclər buganələşiblər. Biz tələb edirik ki, ATƏT-in Minsk qrupu bizim işğal olunmuş ərazilərimizdə məskunlaşmaya imkan verməsinlər.

“Qarabağ” futbol komandasının fanatlar klubunun üzvləri də mitinqə qatılıblar.

**

2-ci qrup Qarabağ əlili Bəhman Qurbanov bildirib ki, telekanallarda verilən verilişlər nəticəsində gənclər arasında vətənpərvərlik təbliğ olunmur. Gənclər şərəfli yol keçən Qarabağ qazilərindən deyil, müğənnilərdən örnək alırlar.

**

İsgəndər Həmidov çıxış edərək mitinqə gələnlərdən 5 alayın hazır olduğunu dedi.

1-ci qrup Qarabağ əlili Azər Hüseynov isə telekanallardan ucuz şouların yerinə vətənpərvərlik verilişləri hazırlamalarını istədi.

Azərbaycan əsgərinə salam göndərdi. Dedi ki, bu mitinq başlanğıcdır. Qarabağ üçün iqtidarla müxalifəti birləşməyə çağırdı.

Sonra Pənah Hüseyn danışdı.

**

Sonda qətnamə qəbul olunub. Qətnamədə erməni işğalı pislənilib, Qarabağın işğaldan azad unuması üçün təkilflər səsləndirilib.

**

15:54

Qarabağ Azadlıq Təşkilatının, keçmiş deputat və baş nazir Pənah Hüseynin və digərlərinin təşəbbüsü ilə təşkil olunan mitinqə hakimiyyət düşərgəsindən də dəstək gəlib. Bakı şəhər İcra Hakimiyyəti mitinqin “Məhsul” stadionunda keçirilməsini sanksiyalaşdırıb və polis təşkilatçılara xəbərdarlıq edib ki, aksiyada “mövzudan kənar” şüarlar səsləndirilməməlidir.

Bu aksiyaya hazırlıq günlərdir sosial şəbəkələrdə müzakirə olunur, amma orada kütləviliyin nə dərəcə yüksək olacağını təxmin etmək çətin idi. Əməkdaşlarımız bu aksiyanı izləmək üçün “Məhsul” stadionuna yollanıblar. Əlavə məlumatlar veriləcək.

pia.az


Etiket: Mitinq Qarabağ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Rusiya Kiyev vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay