Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda avtobusdan enən şagirdi maşın vurmasının anbaan görüntüləri - Foto, Video, Yenilənib

Hadisə Parlament prospektində baş verib...

Bakıda avtobusdan enən şagirdi maşın vurmasının anbaan görüntüləri yayımlanıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında paytaxtın Parlament prospektində baş verib. Qəza nəticəsində Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi xəsarət alıb.

Xəzər Xəbər”in yayımladığı görüntüləri təqdim edirik:

***

Bu gün 20 nömrəli məktəbin qarşısında avtomobilin şagirdi vurması ilə bağlı hadisə şahidləri və valideynlər danışıblar.

Valideynlər məktəbin qapısının yola açılmasından narahat olduqlarını bildiriblər:

Məsələ ilə bağlı təhsil eksperti Adil Əliyev bildirib ki, xarici ölkələrin bir çoxunda məktəblər xüsusi sahə verilmiş ərazidə tikilir və şagirdlər dərsə xüsusi servislər vasitəsi ilə gətirilirlər.

Daha ətraflı Baku TV-nin süjetində:

***

Bakı şəhəri, Yasamal rayonu Parlament prospektində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan məktəbli Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib”.

Bu barədə Oxu.Az-a mərkəzdən bildirilib.

Aparılan müayinələr zamanı xəsarət alan məktəbliyə sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hazırda zəruri müayinələr davam etdirilir.
Qeyd edək ki, avtomobilin vurduğu məktəbli qız Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi olub.

Onu vuran sürücü - 1988-ci il təvəllüdlü Mirazad Əliyev isə saxlanılıb.

***

Bakı şəhərində avtomobil məktəbli qızı vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə Parlament prospektində baş verib.

Ətrafdakı insanların sözlərinə görə, 205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaq üçün ayrılmış zolaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı “Wolkswagen” markalı avtomobil avtobusu sağdan ötməyə çalışıb və marşrut avtobusundan düşən məktəbli qızı vurub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə prospektdə yerləşən 20 nömrəli məktəb-liseyin qarşısında baş verib:

“Məktəbli vurulub və xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar