Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Gəncə avtobusunda bıçaqlanma


Bakı-Gəncə avtobusunda bıçaqlanma hadisəsi baş verib


Bakıdan Gəncəyə gedən “Mercedes” markalı sənişin avtobusunda Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Akşin Cəmşid oğlu Cəbrayılovla avtobusun digər sərnişini, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qüdrət Səfa oğlu Mövsümov arasında Kürdəmir rayonu ərazisində mübahisə yaranıb. Mübahisə nəticəsində Akşin Cəbrayılov üzərində gəzdirdiyi bıçaqla Qüdrət Müvsümova bir neçə bıçaq xəsarəti yetirib.

Q.Mövsümov Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Hadisə yerindən qaçan Akşin Cəbrayılov isə Kürdəmir Rayon Polis Şöbəsində yaradılmış əməliyyat-axtarış qurupu tərəfindən gecə saatlarında rayon ərazisində tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, A.Cəbrayılov əvvəllər də quldurluğa görə məhbus həyatı yaşayıb (“Report”).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Rusiya və Qərb, erməni və gürcü xalqlarını öz hakimiyyətləri ilə üz-üzə qoyub...

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Ən çox oxunanalar