Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağdad Ankaranın Şimali İraqdakı hərbi əməliyyatını dəstəkləməyə hazırdır

Türkiyə İraq Təhlükəsizlik Şurasının Kürdüstan Fəhlə Partiyasını qadağan olunmuş təşkilat kimi təsnif etmək qərarını alqışlayıb...

Rəsmi Bağdad İraqın şimal bölgələrində Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarlarına qarşı “ən böyük hərbi əməliyyatın” keçirilməsində Ankaraya dəstək verməyə hazırdır.

Poliqon xəbər verir ki, bu barədə “Ash-Sharq al-Awsat” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı danışıqlar Türkiyə nümayəndə heyətinin Bağdada səfəri zamanı baş tutub.

Nəşrin yazdığına görə, İraq hakimiyyəti kürd muxtariyyətinin şimal bölgələrində Türkiyə ordusunun Suriyada yaratmaq istədiyinə bənzər 30-40 km enində bufer zonasının yaradılmasına razılıq verib. İddia olunur ki, söhbət İraq Kürdüstanında türk hərbi bazalarının yerləşdiyi ərazilərin PKK tərəfdarlarının fəaliyyət göstərdiyi bütün əraziləri əhatə edəcək “təhlükəsizlik kəməri”nə çevrilməsindən gedir.

İraq hökuməti hələ ki, nəşrə rəsmi münasibət bildirməyib.

Türkiyə mənbələri nəşrə bildiriblər ki, son üç ayda Türkiyə, İraq və kürd muxtariyyəti rəsmiləri Ankaranın 2022-ci ildən “Pəncə-Qala” əməliyyatını keçirdiyi bölgələrdə keçirilməsi gözlənilən hərbi əməliyyatlarla bağlı məsləhətləşmələr aparıb.

Qəzetin yazdığına görə, tərəflər artıq hərbi kampaniyanın təfərrüatları barədə razılığa gəliblər. Şimali İraq Kürdüstanında həyata keçiriləcək əməliyyat İraq kəşfiyyat xidmətlərinin və kürd muxtariyyətinin dəstəyinə arxalanacaq. Bağdad və Ərbil də Süleymaniyyə və Neynəva əyalətlərində PKK tərəfdarlarına qarşı tədbir görməyə hazır olduqlarını açıqlayıblar.

Xatırladaq ki, martın 14-ü axşam Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, Ankara və Bağdad təhlükəsizlik görüşünün yekunlarına əsasən, terrorizmlə mübarizə məsələləri də daxil olmaqla, bir sıra komitələr yaratmaq qərarına gəliblər. Tərəflər PKK-nın hər iki ölkənin təhlükəsizliyinə təhdid yaratdığını qeyd ediblər. Türkiyə İraq Milli Təhlükəsizlik Şurasının Kürdüstan Fəhlə Partiyasını qadağan olunmuş təşkilat kimi təsnif etmək qərarını alqışlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Türkiyədə qədim dövrə aid Skilla heykəl nümunələri tapıldı - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay