Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV işdən çıxarılan əməkdaşın ittihamlarına cavab verib

Azərbaycan Televiziyası (AzTV) qurumun keçmiş əməkdaşı Səidə Vəliyevanın bu gün telekanalın yerləşdiyi inzibati binanın qarşısında keçirdiyi etiraz aksiyasına və səsləndirdiyi ittihamlara münasibət bildirib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, onun söylədikləri süni ajiotaj və ucuz şou yaratmaqdan başqa bir şey deyil: "Bu şəxs aylardır, sədr Rövşən Məmmədov və kanalda çalışan digər əməkdaşların ünvanına təhqir və şantaj dolu bəyanatlar yağdırır. Onun düşüncəsinə görə, işdən azad olunmasında hər kəs günahkardır, yalnız özündən başqa. Təəssüf ki, prosesi yaxından izləyən jurnalistlərdən bir nəfər onun işdən azad olunmasının səbəbini soruşmur. Təbii ki, hətta bu sual verilsə belə, S.Vəliyevanın cavabı məlumdur – haqsızlıq, ədalətsizlik..."

Məlumatda qeyd edilib ki, S.Vəliyeva 2007-ci ildən 2020-ci ilədək bir ay belə olsa, işə müntəzəm şəkildə gəlməyib (bu barədə rəsmi qeydiyyat kitabçası var): "O, 13 il ərzində cəmi 6 dəfə qonorar alıb (TV-dən anlayışı olan hər kəs bilir ki, qonorar gördüyün işə görə verilir). AzTV sədri onu iki dəfə qəbul edərək işə vaxtında gəlməsi, layihə üzərində işləməsi ilə bağlı xəbərdarlıq edib. Lakin bütün bunların xeyri olmayıb".

"Sonuncu dəfə isə edilən bütün xəbərdarlıqlardan və layihə hazırlamaq üçün verilən iki həftəlik səmərəsiz zamandan sonra S.Vəliyeva Kadrlar və Xüsusi İşlər Departmentinə çağırılıb və onunla müqavilə müddətinin uzadılmayacağı bildirilib. Lakin S.Vəliyeva “Məni heç olmazsa, xadimə vəzifəsinə keçirin, sadəcə adım AzTV-nin işçisi olaraq qalsın, stajım artsın. Maaş da istəmirəm” cavabını verib. Bu təfəkkürlü fərdlə hər hansı qaydada işləmək mümkündürmü? Yuxarıda qeyd etdiyimiz kimi, bu fərd 13 il ərzində cəmi 6 dəfə qonorar alıb. Bununla belə, bir dəfə də olsa, rəhbərliyə müraciət etməyib. Deməli, onun TV-də çalışmasının məqsədi də maaş və qonorar deyil, sadəcə adının bu qurumla yanaşı çəkilməsini istəməsidir. Bildirək ki, S.Vəliyeva ev alqı-satqısı (“makler”) ilə məşğuldur və bu "vəzifə"də ona TV-nin adından yararlanmaq, görünür, daha səmərəli idi. Əlavə edək ki, S.Vəliyevanın ali təhsili belə yoxdur. Cəmi 2 illik kurs bitirib və illərdir vəzifəsi “redaktor” kimi gedib. Yalnız gedib... Gördüyü iş isə yox dərəcəsindədir. Çox təəssüf ki, teleməkanın ocağı sayılan AzTV-də bu və ya digər səbəblərdən belə fərdlər var və onlar illərdir “ölü canlar” kimi işə gəlməyə-gəlməyə maaş və qonorar almağa çalışır. Lakin televiziya yaradıcılıq məbədidir, sosial müdafiə fondu deyil və qurum daxilində şəffaflığın təmin olunması, yaradıcı mühitin formalaşması və TV-də məhz yaradıcı, intellektual insanların çalışması üçün bundan sonra da əlimizdən gələni edəcəyik", - AzTV-dən vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar