Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell”in dəstəyilə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıblar - Foto

28 avqust – 4 sentyabr 2023-cü il tarixlərində Macarıstanın Seged şəhərində 35-ci Beynəlxalq İnformatika Olimpiadası keçirilib. 87 ölkə və 351 iştirakçının yarışdığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək adlarını mükafatçılar siyahısına yazdırıblar...

Poliqon xəbər verir ki, Azercell-in dəstəyi ilə Azərbaycanı təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafatla başa vurublar.

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sahib Əliyev, Gəncə şəhəri Fizika riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova isə həvəsləndirici mükafat qazanıblar.

Olimpiadanın 2 yarış günü ərzində şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla, 5 saat vaxt verilib.

Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası (IOI) müxtəlif ölkələrdən orta məktəb şagirdləri üçün sosial və mədəni proqramlarla müşayiət olunan illik beynəlxalq informatika yarışmasıdır. Bu, məktəblilər arasında əsas beynəlxalq elm olimpiadalarından və dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biridir.

​2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 3 qızıl, 14 gümüş və 37 bürünc olmaqla ümumilikdə 54 medal əldə ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - Faktiki hava , Yenilənib

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Ən çox oxunanalar