Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında iştirak edəcəklər

Voleybol üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milliləri Qızıl Avropa Liqasında iştirak edəcəklər...

“Report” xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi yeni qaydalara uyğun olaraq, iştirakçılar reytinqə əsasən liqalara bölünüblər.

Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli yığmalar isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.

Reytinq cədvəlində 20-ci olan qadınlardan ibarət Azərbaycan millisi və 26-cı pillədə qərarlaşan kişilərdən ibarət yığma 2024-cü ildə (17 may - 16 iyun) keçiriləcək Qızıl Avropa Liqasında qüvvələrini sınayacaqlar. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin millisi mübarizə aparacaq. Yeni reqlamentə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutanlar “dördlər finalı”na yüksələcəklər.

Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Makedoniya, Estoniya, Lüksemburq.

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Austriya, Estoniya, Ukrayna.

Qeyd edək ki, qadınların yarışında “dördlər finalı”nın ev sahibi Çexiya olacaq. Kişilərdə isə hələ ki ev sahibi bəlli deyil.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar