Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uğurlu karyera qurmuş 10 xanım haqqında podkastlar hazırlanıb

"Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsini həyata keçirib...

Layihə çərçivəsində çəkilmiş podkastların iştirakçıları müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmuş, ictimai nüfuz qazanmış xanımlardır.

Podkastlarda Azərbaycanın Xalq artisti Həmidə Ömərova, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova, "APA holding”in prezidenti Vüsalə Mahirqızı, "İnklüziv rəqs” şirkətinin direktoru Nigar Soltanova, "Sağlam Ailə” tibb mərkəzinin icraçı direktoru Nigar Rüstəmli, Kann film festivalının ilk azərbaycanlı iştirakçısı, aktrisa Zülfiyyə Qurbanova, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, "Yeni Klinika" tibb müəssisəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova, bəstəkar Gövhər Həsənzadə və siyasi analitik Yeganə Hacıyeva iştirak ediblər. Onlar öz uğur hekayələrini danışıblar və müxtəlif hadisələrlə bağlı fikirlərini bölüşüblər.
Ətraflı

Qeyd edək ki, həmin podkastlar müvafiq olaraq Youtube, Telegram, Facebook sosial platformalarında yayımlanacaq.

"Uğur qazanmış qadınlarla bağlı podkastların hazırlanması” layihəsi müxtəlif sahələrdə öz fərdi bacarıqları sayəsində karyera qurmağa nail olmuş şəxslərin, vəzifə sahiblərinin uğur hekayələrinin təqdimatı yolu ilə qadınların təhsil pillələrində irəliləməsinə, karyera quruculuğuna və liderliyə həvəsləndirilməsinə, təşviq edilməsinə istiqamətlənib.

Layihənin əsas ideyası hazırlanacaq podkastlar vasitəsilə cəmiyyətdə qadınlarla bağlı formalaşmış xoşagəlməz təsəvvürlərin aradan qaldırılmasına, qızların təhsilə və karyera quruculuğuna həvəsləndirilməsinə dəstək olmaqdan ibarətdir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar