Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ötən il ilk dəfə bələdiyyələrə subvensiya ayrılıb

2019-cu ildə Azərbaycanda yerli özünüidarə orqanlarına (bələdiyyə) dövlət büdcəsindən 7,8 milyon manat vəsait ayrılıb

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 4,7 milyon manatını bələdiyyələrin gəlir və xərclərini tənzimləmək məqsədi ilə dotasiya, 2,1 milyon manatını su təchizatı qurğularının istismarı və onlara xidmətlə subsidiya, 1 milyon manatını isə ilk dəfə olaraq subvensiya təşkil edib.

Ayrılmış subvensiya hesabına Bakının Sabunçu rayonunun Bakixanov qəsəbə bələdiyyəsininin ərazisində 0,5 hektar sahədə xeyir-şər evi əsaslı təmir olunub, sahədə abadlıq işləri aparılıb və istirahət parkı salınıb, Mingəçevir bələdiyyəsininin ərazisində 0,12 hektar sahədə bələdiyyə bazarı tikilmiş, Göygöl bələdiyyəsininin ərazisində 7 hektar sahədə nümunəvi məhəllə salınıb, kafe və mağaza tikilib, Salyan bələdiyyəsininin ərazisində 3,3 hektar sahədə istirahət parkı salınıb və17 ədəd məişət-iaşə və digər sosial obyektlər tikilib, 130 daimi iş yeri yaradılıb.

Bununla yanaşı, publik hüquqi şəxs kimi fəaliyyət göstərən təşkilatlara (Dənizkənarı Bulvar İdarəsi, "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu”, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Azərbaycan Dövlət Tərcümə Mərkəzi, Gənclər Fondu, Dövlət İmtahan Mərkəzi, Səhiyyə Nazirliyinin tərkibindəki Respublika Talassemiya Mərkəzi və Bakı Sağlamlıq Mərkəzi, Azərbaycan Milli Antidopinq Agentliyi, ötən il yaradılmış Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi, Maliyyə Monitorinqi Xidməti) maliyyə yardımı (subsidiya) üçün vəsait ayrılıb. Ümumdövlət əhəmiyyətinə malik olmaqla ölkə əhalisinin böyük hissəsinin iştirakını əhatə edən bir sıra tədbirlərin maliyyələşdirilməsi, o cümlədən əhalinin siyahıya alınmasına 19,8 milyon manat, bələdiyyə seçkilərinin keçirilməsinə və bununla əlaqədar tədbirlərin təminatına 55,6 milyon manat vəsait yönəldilib.

pia.az 


Etiket: Vəsait


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar