Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda narkomanların çoxu kişilərdir

Respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfərdir...

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfərdir. 

Bu barədə  Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının yaydığı hesabatda bildirilib.

Rəsmi məlumata görə, həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

Hesabat dövründə 731 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub, bunların 715-i Azərbaycan vətəndaşıdır. Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10101 nəfər qeydiyyata götürülüb. (9772-si Azərbaycan vətəndaşı, 329-u əcnəbi).

İİV-ə yoluxanların 10101 nəfərin 7195-i kişi, 2906-sı qadındır. Onlardan 3556-sı İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2499 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Rəsmi məlumata görə, 2022-ci ilin 11 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 790 İİV-li pasiyentdən 96 nəfəri inyeksion narkotik istifadəçisi olub. 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Ən çox oxunanalar