Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda malların gömrükdən sürətli buraxılışına hazırlıq gedir

Azərbaycanda sahibkarların haqlı narazılığı nəzərə alınaraq gömrük bəyannaməsi gömrük orqanına təqdim edildiyi andan etibarən 1 gün ərzində ona baxılacaq, əgər bəyannamədə gömrük dəyəri üzrə düzəliş tələbi irəli sürülməlidirsə 24 saat ərzində həmin şəxslərə bildiriləcək.

Bunu Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Gömrük məcəlləsində və "Gömrük tarifi haqqında" qanuna dəyişiklik ediləcək: "Həmin sənədlər Milli Məclisdə 3-cü oxunuşdan keçib və yaxın zamanlarda dərc edilməsi gözlənir. Beynəlxalq təcrübə əsasında yeni bildiriş forması da təsdiq edilib. Bu isə daha təfərrüatlı və səlis hesabata şərait yaradır".

"Mövcud məcəllə çərçivəsində malların mənşə ölkəsinin, kodlarının müəyyən olunması vaxt itkisinə gətirib çıxarır. Hazırda malların kodlarının müəyyən olunması bəyannaməçi tərəfindən həyata keçirilir və görmük orqanları tərəfindən həmin kodların düzgün bəyan edilməməsi müəyyən edilərsə, şübhələr yaranarsa orqanın kodu təsnifatlandırması, bu zaman əlavə köməyə ehtiyac yaranarsa gömrük orqanının onu ekpserizaya göndərmək hüququ var. Malların ekspertizada baxılma müddəti 20 günə qədərdir ki, bu da haqlı narazılığa səbəb olur. Vaxt itkisinin qarşısını almaq üçün malların gömrük ərazisinə gətirilməməsi üçün "Məcburi qərar" pilot layihəsinin icrasına başlanıb", - deyə T.Alverdiyev əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - Foto,Video

Ən çox oxunanalar