Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Qətər XİN başçıları görüşüb

Bu il sentyabrın 7-də xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə PİA.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, nazir Ceyhun Bayramov dost Qətər ölkəsinin nümayəndə heyətini məmnuniyyətlə salamlayıb və iki ölkəni birləşdirən dərin mədəni, dini əlaqələrdən bəhs edib. Nazir, tərəflər arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb və ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirib. Həm ikitərəfli, həm də çoxtərəfli platformalarda AzərbaycanQətər arasında əməkdaşlıq və dialoqun mövcud olduğu qeyd edilib.

Dövlət naziri Sultan bin Saad Al-Mureyxi səmimi qəbula görə təşəkkürünü bildirib, Qətər Dövlətinin xarici işlər naziri Şeyx Mohammed bin Abdulrəhman Al-Taninin salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. O, iki ölkə Xarici İşlər Nazirlikləri arasında həyata keçirilən məsləhətləşmələrin Bakıda kecirilən növbəti mərhələsi çərçivəsində əməkdaşlıq gündəliyinin bir sira məsələləri üzrə ətraflı müzakirələrin aparıldığını söyləyib.

Nazir Ceyhun Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi baxımından mütəmadi şəkildə siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Nazir, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi davamlı dəstəyi, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində illik əsasda ölkəmizlə bağlı qəbul edilən qətnamələri birmənalı şəkildə dəstəklədiyi üçün Qətər Dövlətinə təşəkkürünü ifadə edib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətin ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğu və bu mövqeyimizin dövlət rəhbəri tərəfindən səsləndirildiyi qeyd edilib.

Görüş zamanı Qətər Dövlətinin rəsmisinə, həmçinin Ələt Azad İqtisadi Zonası haqqında məlumat verilib, Qətər şirkətlərinin buraya cəlb olunması imkanları qeyd edilib. Habelə hər iki ölkənin XİN-ləri arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti səsləndirilib.

Qətərin dövlət naziri Azərbaycanın qonşu dövlətlə münasibətlərin normallaşdırılması və sülhün təmin olunmasına dair mövqeyinin təqdir edildiyini ifadə edib. O, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesi çərçivəsində layihələrin icrasına Qətər şirkətlərinin də cəlb edilməsində maraqlı olduqlarını bildirib. İnformasiya mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi qeyd olunub.

Qətər Dövlətinin rəsmisi Azərbaycan xalqına və dövlətinə rifah və inkişaf arzu edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ən çox oxunanalar