Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Qazaxıstan baş nazirləri görüşdü

Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstan paytaxtı Astanada səfərdə olan Azərbaycanın Baş naziri Novruz Məmmədov qazaxıstanlı həmkarı Bakıtjan Saqintayevlə görüşüb

Görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı, aktual regional və beynəlxalq məsələlər müzakirə edilib.

Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev bildirib ki, MDB Hökumət Başçıları Şurası regional və beynəlxalq məsələlərin müzakirəsi üçün əlverişli əməkdaşlıq platforması olmaqla yanaşı, müasir dövrün çağırışlarına uyğun birgə tədbirlərin həyata keçirilməsinə də öz töhfəsini verir.

Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bunun üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkələrimizi tarixi dostluq, qardaşlıq telləri bağlayır. Xalqlarımız eyni köklərə, mədəniyyət və mənəviyyata malikdir. Azərbaycan ilə Qazaxıstanın strateji tərəfdaşlar olduğunu bildirən Baş nazir Novruz Məmmədov deyib: “Bizim ölkələrin liderləri – ulu öndər Heydər ƏliyevNursultan Nazarbayev hələ Sovet dövründə iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlıq şəraitində çalışıblar. Bu ənənələr müstəqillik illərində daha da inkişaf etdirilib. Azərbaycan Prezidenti İlham ƏliyevQazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb”.

Görüşdə bildirilib ki, AzərbaycanQazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkə bu tranzit xəttin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlıdır. Baş nazirlər bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Yeni Bakı Beynəlxalq Dəniz Limanının, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətlərinin və Kurık dəniz limanının əhəmiyyətini qeyd ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

Türkiyədə qədim dövrə aid Skilla heykəl nümunələri tapıldı - Fotolar 

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay