Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistan liderlərinin eyni saatlarda mətbuata çıxmaları təsadüfdür?

Bu gün Azərbaycan və Ermənistan liderlərininverdikləri mesajlar nədən xəbər verir?..

Politoloq: “AzərbaycanErmənistan liderlərinin eyni gündə mətbuat konfransı keçirməsində qanunauyğunluq yaxud razılaşdırılmış hər hansı bir addımdan söhbət gedə bilməz”.

“İndi yeni ilin əvvəlidir və ilin ilk günündən yeni mesajların verilməsinormal haldır”.

Bu sözləri politoloq Qabil Hüseynli AzərbaycanErmənistan liderlərinin eyni vaxtda mətbuata açıqlama vermələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün eyni saatlarda həm Azərbaycan prezidenti yerli mətbuata müsahibə verib, həm də Ermənistanın Baş naziri mətbuat konfransı keçirib. Bunu təsadüf hesab etmək olarmı və iki ölkənin liderlərinin verdikləri mesajlar 2023-ci ildə Cənubi Qafqaza nələr vəd edir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Azərbaycan tərəfinin planları, verdiyi mesajlar bölgənin lider dövləti kimi dünya siyasəti üçün daha önəmlidir”.

Hər bir halda həm Azərbaycan, həm də Ermənistan liderlərinin verdiyi mesajlarım əhəmiyyətli olduğunu nəzərə çatdıran politoloq PİA.az-a bildirib ki, Azərbaycan prezidentinin verdiyi mesajlar daha çox diqqəti çəkir:

“Mənim zənnimcə, AzərbaycanErmənistan liderlərinin eyni gündə mətbuat konfransı keçirməsində qanunauyğunluq yaxud razılaşdırılmış hər hansı bir addımdan söhbət gedə bilməz. Bildiyimiz kimi ötən il iki ölkə arasında sülh müqaviləsinin bağlanması nəzərdə tutulurdu. Hətta sülh müqaviləsinin imzalanacağına möhkəm inam var idi. Amma bu baş tutmadı.

İndi isə yeni ilin əvvəlidir və ilin ilk günündən yeni mesajların verilməsi lazımdır. Bu mesajlar həm Azərbaycanla Ermənistan arasında bağlanması gözlənilən sülh müqaviləsinə aiddir, həm də bölgənin rifahı, iqtisadi problemləri ilə bağlı veriləcək qərarlara aiddir. Ümumiyyətlə, Azərbaycan tərəfinin planları, verdiyi mesajlar bölgənin lider dövləti kimi dünya siyasəti üçün daha önəmlidir.

Qabil Hüseynli: “Rəsmi Bakı ölkənin daxili və xarici siyasət məsələlərinə dair ölkə prezidentinin dili ilə önəmli mesajlar verilməkdədir”.

Ermənistanın baş naziri ölkədəki müxalifət ilə, Rusiya ilə ciddi ixtilaflar içərisindədir. Bununla bağlı mesajların verilməsi də diqqət çəkicidir. Azərbaycan isə sülh müqaviləsini ön plana çıxarır. Eyni zamanda rəsmi Bakı ölkənin daxili və xarici siyasət məsələlərinə dair ölkə prezidentinin dili ilə önəmli mesajlar verilməkdədir. Düşünürəm ki, bu mesajlar bölgədə yeni zəmin formalaşdırılması qayğıları ilə, həm də ümumilikdə bölgənin sülhə və sabitliyə qovuşdurulması ehtiyatları ilə bağlıdır.

Hər bir halda həm Azərbaycan, həm də Ermənistan liderlərinin verdiyi mesajlar əhəmiyyətli idi. Amma Azərbaycan prezidentinin verdiyi mesajlar daha çox diqqəti çəkir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar