Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının formatı – İctimai rəydə

Sosial Tədqiqatlar Mərkəzi mayın əvvəlindən AzərbaycanErmənistan arasında sülh müqaviləsi istiqamətində müxtəlif formatlarda danışıqların dinamikasını nəzərə alaraq sözügedən mövzuda rəy sorğusu keçirib. Bu fonda vətəndaşlara “AzərbaycanErmənistan arasında sülhün əldə olunmasında hansı formata üstünlük verirsiniz?” sualı ünvanlanıb. Qeyd edək ki, bu istiqamətdə yalnız sülh razılaşması ilə bağlı prosesləri izləyən və sülh müqaviləsinin imzalanmasını dəstəkləyən respondentlərin rəyləri öyrənilib.

Sorğu iştirakçılarının 18,1%-i AzərbaycanErmənistan arasında sülhün əldə olunmasında Brüssel formatına, yəni Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlara üstünlük verdiyini deyib.

Xatırladaq ki, ötən il Praqa görüşündən sonra mayın 14-də Brüssel formatında keçirilən beşinci görüş bir sıra mühüm məqamlarla yadda qaldı. Azərbaycanla Ermənistan arasında münasibətlərin yaradılmasından kommunikasiyaların açılmasına qədər Brüsseldə gündəliyin kifayət qədər geniş müzakirəsi regionda sülhlə bağlı artıq beynəlxalq platformalarda siyasi yanaşma və davranış qaydalarının dəyişdiyini göstərir.

Bununla yanaşı, Brüssel görüşü öz növbəsində həm də Ermənistanın sülh danışıqları prosesinə Fransanın timsalında alternativ təqdim etmək cəhdlərinin Azərbaycan tərəfindən uğurla neytrallaşdırılması ilə xarakterik olduğundan sözügedən proseslərin ictimai rəyə təsiri təbiidir.

Respondentlərin 14,3%-i Rusiyanın vasitəçiliyi fonunda Moskva formatını iki ölkə arasında sülhün əldə olmasında mümkün platformalardan biri olaraq dəyərləndirib.

Bu suala cavabında Vaşinqton formatını (yəni ABŞ-ın vasitəçiliyi) qeyd edən respondentlər 9,3% təşkil edib.

Maraqlıdır ki, respondentlərin 50,6%-i AzərbaycanErmənistan arasında sülhü dəstəkləməyinə baxmayaraq, əldə olunmasında sözügedən formatların heç birinə üstünlük vermədiyini bildirib. AzərbaycanErmənistan arasında sülhün hər hansı beynəlxalq formatdan asılı olmadan da mümkünlüyü istiqamətində ictimai təsəvvürlər cəmiyyətdə sülh müqaviləsi ətrafında birbaşa təmasların dəstəkləndiyini qənaətini hasil etməyə imkan verir. Lakin Ermənistanın hərbi təxribatlarını davam etdirməsi, sülh danışıqlarında maraqlı olmaması, zaman-zaman Ermənistanda Azərbaycana qarşı ərazi iddialarının sezilməsi bunun mümkünlüyü ehtimalını azaldır.

Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Ən çox oxunanalar