Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44) dünya çempionu tituluna sahib olub...

Taekvondo Federasiyasından verilən məlumata görə, 70 kq çəkidə qüvvəsini sınayan idmançı bu uğura Meksikanın Verakrus ştatında keçirilən mundialda imza atıb.

1/16 finaldan azad olan Xəlilov ilk döyüşündə ispaniyalı parataekvondoçu ilə üz-üzə gəlib. Həmyerlimiz dünya və Avropa çempionunu 7:3 hesabı ilə məğlub edib. O, ardınca gürcüstanlı idmançını mübarizədən kənarlaşdırıb – 16:2. İmaməddin yarımfinalda Kuba təmsilçisi ilə döyüşüb. Gərgin keçən görüşdə yığma üzvü 12:9 hesabı ilə qələbə qazanıb.

Parataekvondoçumuzun finalda rəqibi özbəkistanlı olub. Xəlilov bu dəfə 5:2 hesabı ilə qalib gələrək, dünya çempionu adına yiyələnib və Meksikada Azərbaycan himnini səsləndirib. Bununla da İmaməddin iştirak etdiyi 6 yarışda 6-cı mükafatını qazanıb. Niderlandda Avropa Paralimpiya Oyunlarında, Cənubi Koreyada açıq Dünya Çağırış Yarışında, Meksikada Qran-pridə birinci yeri tutan parataekvondoçu Fransada açıq Avropa çempionatında ikinci, Parisdə Qran-pridə üçüncü olub.

Dünya çempionatındakı uğur parataekvondonun Yay Olimpiya Oyunlarına daxil edilməsindən sonra ilk qızıl medal kimi tarixə düşüb.

Qeyd edək ki, sentyabrın 24-də yekunlaşacaq. Mundialın son günündə Əbülfəz Abuzərli (80 kq, K-44) mübarizəyə qoşulacaq.(report)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar