Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisi səfərdə Şimali Makedoniyaya qalib gəlib

“Todor Proeski Milli Arena”sında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb...

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşıb. Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılan görüş millinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda ilk təhlükəli vəziyyəti 5-ci dəqiqədə meydan sahibləri yaradıblar. Amma Elif Elmasın zərbəsində dəqiqlik çatmayıb. 10-cu dəqiqədə Musa Qurbanlının yaxın məsafədən sol ayaqla zərbəsi zəif alınıb. 15-ci dəqiqədə Ramil Şeydayevin sol cinahdan yerlə ötürməsinə Emin Mahmudov toxunsa da, müdafiəçi son anda topun qapıya getməsinə mane olub. 4 dəqiqədə sonra rəqib müdafiəçilər bu dəfə Musa Qurbanlının zərbəsini zərərsizləşdiriblər. 25-ci dəqiqədə isə hesab açılıb. Aleksey İsayevin kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Enis Bardi Şimali Makedoniyanı önə çıxarıb. Meydan sahiblərinin qol sevinci 13 dəqiqə çəkib. 38-ci dəqiqədə Elvin Cəfərquliyev düşünülmüş hücumu məntiqi sonluqla başa çatdırıb. 22 yaşlı müdafiəçi yığmadakı 8-ci oyununda ilk qolunu vurub. 43-cü dəqiqədə Mahmudovun ötürməsi zamanı avtoqol qeydə alına bilərdi. Lakin son anda top qapının yanından keçib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dəqiqədə İlya Nestorovskinin yaxın məsafədən başla vurduğu top tirin üstündən keçib. Birinci hissə bu hesabla başa çatıb.

İkinci yarıya daha fəal başlayan Azərbaycan millisi 49-cu dəqiqədə 2-ci qola yaxın olub. Cəfərquqilyevin dubl etməsinə Damyen Şişkovski mane olub. 52-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Boban Nikolov ikinci sarı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən yığma 65-ci dəqiqədə Musa Qurbanlının qolu ilə hesabı öz xeyrinə dəyişib. Bu, 20 yaşlı hücumçunun millidə ilk qolu olub. 72-ci dəqiqədə Mahir Emrelinin zərbəsini Şişkovski çətinliklə küncə çıxarıb. 75-ci dəqiqədə Höccət Haqverdi birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib. 79-cu dəqiqədə Şimali Makedoniyadan Yani Atanasovun zərbəsi qapı tirinə tuş gəlib. 88-ci dəqiqədə Enis Bardinin zərbəsi tirdən qayıdıb. Matçda son nöqtəni isə Şeydayev qoyub. O, 89-cu dəqiqədə Azər Salahlanın ötürdüyü topu başla qapıdan keçirib.

Beləliklə, Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb.

***

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda 3-cü qol vurulub.

Musa Qurbanlı 65-ci dəqiqədə fərqlənərək, yığmanı hesabda önə keçirib.

***

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda hesab bərabərləşib.

38-ci dəqiqədə Elvin Cəfərquliyev dəqiq zərbə ilə tarazlığı bərpa edib.

***

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda hesab açılıb.

25-ci dəqiqədə penaltidən fərqlənən Enis Bardi meydan sahiblərini önə çıxarıb.

***

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başlayıb. 

Məlumata görə, “Todor Proeski Milli Arena”sında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Matçı albaniyalı FIFA referisi Enea Yorqyi idarə edir. 

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv bundan əvvəlki yoldaşlıq görüşündə Moldovaya 2:1 hesabı ilə qalib gəlib.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar