Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Kuboku: "Qəbələ" "Araz-Naxçıvan"la, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları başa çatacaq...

Günün ilk matçı Bakıda keçiriləcək.

"Araz-Naxçıvan" - "Qəbələ" görüşü saat 16:00-da start götürəcək. Ötən mövsüm bu turnirdə baş tutan yeganə dueldə "qırmızı-qaralar" qələbə qazanıb. "Qəbələ" 1/8 finalda rəqibini 5 cavabsız qolla üstələyib.

Günün ikinci qarşılaşması isə Sumqayıtda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq. Tərəflər ölkə kubokunda 4 dəfə üz-üzə gəliblər. Bunların ikisində "gənclik şəhəri" təmsilçisi, birində "ağ-qaralar" qalib gəlib. Digər matç isə bərabərliklə yekunlaşıb. Topların nisbətində də "Sumqayıt" üstündür - 3:1.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

31 yanvar

16:00. “Araz-Naxçıvan” – “Qəbələ
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Kapital Bank Arena”

Qeyd edək ki, ötən gün keçirilən oyunlarda "Zirə" səfərdə "Səbail"i 2:1, "Qarabağ" isə "Sabah"ı 7:1 hesabı ilə məğlub edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay