Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Həsrət: "Heç kim stəkanda fırtına yaratmağa cəhd etməsin"

Azər Həsrət Mətbuat Şurasının qurultayından danışdı...

“İddia edirlər ki, jurnalistlərin VIII qurultayında saxtakarlıq olub, bir nümayəndəyə iki bülleten verilib. Şəkil və video da paylaşırlar. Amma şəkildə də, videoda da görünür ki, bülleteni alan adamın əlində iki mandat var. Suala cavab olaraq da bildirir ki, digər yoldaşı xahiş edib, adam bülleteni onun yerinə də götürüb. Fəlakət, faciədirmi bu? Təbii ki, deyil. Bilirsiniz niyə? Çünki mandat adamın əlindədirsə, demək ki, mandatın sahibi də ordadır, seçimini özü edəcək. Sadəcə, fürsətkən siqaret çəkməyə, çay içməyə çıxıb. Normal bir haldır”.

PİA.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.

“Digər bir iddia da budur ki, jurnalist bir nəfərin telefonundakı siyahıya baxaraq namizədlərə səs verməsini lentə alır (hələ belə çəkiliş etməyin ədəbsizliyini bir kənara qoyuruq) və iddia edir ki, əvvəlcədən siyahı varmış. Nə qədər anormal olmalısan ki, belə bir iddia irəli sürəsən! Təbii ki, 23 nəfərə səs verəcək adam əvvəlcədən özü üçün bir siyahı-yaddaş tərtib edəcək və səs verərkən ondan yararlanacaq. Burada hansı qanunun hansı bəndi pozulub? Heç bir qanun pozuntusu yoxdur. Daha bir “pozuntu”. Mikrofon qarşısında həyəcan keçirən qadın jurnalist Rəşad Məcidə səs verəcəyini deyir. Sədr vəzifəsinə. Jurnalist də ona yönəldici sual verib çaşdırmağa çalışır. Burda da qanun pozuntusu axtarır. Əgər kimsə öncədən qərarlaşdıraraq, yaxud elə təbliğat nəticəsində Rəşad Məcidə səs verirsə, burda hansı qanun pozulur? Seçki öncəsi əlbəttə ki, təbliğat da var, lap yeri gələndə, həmkar olaraq kimsə kimdənsə kiməsə səs verməyi xahiş də edə bilər. Normal deyilmi bu? Normaldır. Bunu mən deyirəm, Azər Həsrət. Ki, 10 illərdir yalnız Azərbaycanda deyil, beynəlxalq platformalarda da bənzər qurultaylarda iştirak edib belə təbliğat üsullarını görmüşəm. Və şəxsən özümə də yanaşıb səs verməyimi istəyənlər olub. Və şəxsən özüm də başqa nümayəndələrə yanaşıb mənə səs vermələri üçün təbliğat aparmışam. Söz beynəlxalq təcrübədən düşmüşkən, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu kimi qurumların qlobal qurultaylarında dəfələrlə iştirak etmişəm. Örnək üçün, BJF-də üzv təşkilatların fərdi üzvlərinin sayına görə təşkilata səs haqqı – nümayəndə yeri ayrılır. Həmin nümayəndələrin sayı 1 də ola bilər, 10 və daha çox da. Və hərəsi də bir səs deməkdir. Qurultayda həmin 10 səs sahibi olan təşkilatdan 10 nəfər deyil, 1 nəfər belə iştirak etsə də, yenə seçki zamanı 10 səs verə bilər. Çünki həmin 10 səs o təşkilatın haqqıdır və heç kim o haqqı onun əlindən ala bilməz. Şəxsən mən özüm bir dəfə qurultayda 2 bülleten alıb səs vermişəm. Demək istədiyim odur ki, indi bu “saxtakarlıq” kimi təqdim edilməyə çalışılan hal da o qəbildəndir. Adamın əlində 2 mandat varsa, 2 bülleten alması təbiidir. Qurultay nümayəndələrinin siyahısı dərc edilib, bülletenləri də verərkən siyahıda mandatı yoxlanılaraq onu alan adamın qarşısına işarə qoyulurdu ki, təkrar ala bilməsin. Bu qədər açıq və sadədir məsələ. Ona görə də stəkanda fırtına yaratmaq cəhdi etməsin heç kim...” – A.Həsrət qeyd edib.

pia.az


Etiket: Azər Həsrət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar