Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad olunmuş ərazilərdə məişət tullantıları poliqonları yaradılacaq

Şuşa, Xocalı, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Tərtər rayonlarında məişət tullantıları poliqonlarının inşası nəzərdə tutulur...

“Report”un məlumatına görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə tullantıların idarəedilməsi ilə əlaqədar keçirilən ictimai dinləmədə məlumat verilib.

Agentliyin sədri Mirsalam Qəmbərov qeyd edib ki, azad olunmuş ərazilərdə ən böyük poliqon Ağdam şəhərində yaradılacaq:

“Ümumilikdə, yeddi tullantı poliqonunun və iki ötürücü məntəqənin inşası nəzərdə tutulur. Ağdam tullantı poliqonu 15 ha, Şuşa (Xocalı), LaçınKəlbəcər poliqonları hər biri 10 ha, Qubadlı, Cəbrayıl, TərtərFüzuli poliqonları isə hər biri beş ha ərazidə inşa ediləcək. Zəngilanda isə 10 ha ərazidə ötürücü məntəqənin inşası nəzərdə tutulur”.
M.Qəmbərov qeyd edib ki, tullantıların idarəedilməsi özü də dünyada biznes nümunəsi kimi dəyərləndirilir:

“Ona görə tullantıların təkrar emalı, xammal kimi istifadəyə hazırlanması vacibdir. Azad edilmiş ərazilərdə tullantıların idarəolunmasına da eyni prinsiplə yanaşmaq vacibdir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - Faktiki hava , Yenilənib

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Ən çox oxunanalar