Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstraliya ABŞ və Britaniyadan Assancın təhvil verilməsini tələb edir

Avstraliya parlamenti "WikiLeaks"in qurucusu Culian Assancın ölkəyə qaytarılması üçün ABŞ və Böyük Britaniya hökumətlərinə müraciətlə qətnamə qəbul edib...

Poliqon xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunur ki, parlamentin 86 üzvü müvafiq qətnamənin lehinə, 42-nin əleyhinə səs verib. Qətnaməyə dəstək verən Avstraliyanın baş naziri Entoni Albanese 2022-ci ildə vəzifəyə başladıqdan sonra Assancın işinin yekunlaşdırılmasına çağırıb. O, oktyabrda ABŞ-a dövlət səfəri zamanı bu məsələni birbaşa prezident Co Bayden qarşısında qaldırıb.

Bildirilir ki, Assanc gələn həftə ABŞ-ın ekstradisiyasına qarşı son şikayəti üçün Böyük Britaniya Ali Məhkəməsində çıxış edəcək. O, hazırda Londonun Belmarş həbsxanasındadır.

Culian Assanc 2006-cı ildə korrupsiya, casusluq, hərbi cinayətlər, diplomatiya və s. mövzularda məxfi materiallar yerləşdirən "WikiLeaks" saytının əsasını qoymuş avstraliyalı jurnalistdir. Müvafiq sənədləri ABŞ kəşfiyyatının keçmiş analitiki Çelsi Manninq təqdim edib.

2019-cu ilin may ayında Assanc 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə qaçarkən zaminə buraxılma şərtlərini pozduğuna görə Britaniyada 50 həftəlik həbs edilib və təxminən 7 il orada gizlənib.

Assanc hökumət kompüterlərini "sındırmaq" üçün sui-qəsd və Casusluq Aktını pozmaq da daxil olmaqla 18 ittihamla üzləşir. ABŞ-da onu casusluq ittihamı ilə 175 ilə qədər həbs gözləyir.

Assancın özü deyir ki, dərc etdiyi sənədlər ABŞ ordusunun qanunsuz hərəkətlərini ifşa edir və o, casus yox, jurnalist kimi fəaliyyət göstərib.

2010-cu ildə "WikiLeaks" tərəfindən yayılan fayllar arasında 2007-ci ildə ABŞ qüvvələrinin Bağdadda "Apaçi" helikopterinə hücumu və iki "Reuters" jurnalisti də daxil olmaqla 11 nəfərin ölümü ilə bağlı video var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Arıqlamağın yeni metodu: "30-30-30" - Niyə bu qədər populyardır?

AVRO-2024: Günün ikinci 1/8 final görüşü başlayıb

Aeroport yolunda 6 avtomobil toqquşdu: xəsarət alanlar var - Foto

Ən çox oxunanalar