Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada günün maraqlı futbol qarşılaşmaları: Çempionatların son akkordları - Afişa

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğu rəsmiləşən “Mançester Siti” “Çelsi”ni qonaq edəcək. Matç saat 19:00-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib - red.) start götürəcək.

Fransa Liqa 1-də bu gün çempion müəyyənləşə bilər.

“Lans” səfərdə “Loryan”a uduzacağı təqdirdə PSJ “Oser”lə matçda bir xal qazana bilsə, mövsümün qalibi olacaq.

“Lans” heç-heçə edərsə, bu zaman qələbə PSJ-ni çempion edəcək.

Almaniya Bundesliqasında lider dəyişə bilər. “Bavariya”nın dünən “Leypsiq”ə məğlubiyyətindən sonra Dortmund “Borussiya”sı üçün zirvəni ələ keçirmək fürsəti yaranıb. Edin Terziçin komandası saat 19:30-da start götürəcək oyunda “Auqsburq”u yensə, son tura “Bavariya”dan iki xal üstün yollanacaq.

İtaliya A Seriyasında çempion “Napoli” “İnter”i qəbul edəcək.

Görüş saat 20:00-da başlayacaq. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan

“Latsio” isə “Udineze”nin qonağı olacaq. İspaniya La Liqasında ikincilik uğrunda yarışan komandalar meydana çıxacaqlar.

“Atletiko” saat 18:15-də “Osasuna”nı sınağa çəkəcək.

Saat 20:30-da isə “Real Madrid” “Valensiya”nın qonağı olacaq. Hazırda “kral klubu” 71 xalla 2-ci, “hindular” 69 xalla 3-cüdür.

Avropada günün maraqlı futbol matçları 21 may İngiltərə Premyer Liqası

19:00. “Mançester Siti” - “Çelsi”

Fransa Liqa 1

19:05. “Loryan” - “Lans”

22:45. “Oser” - PSJ

Almaniya Bundesliqası

19:30.

“Auqsburq” - “Borussiya” (Dortmund)

İtaliya A Seriyası

20:00. “Napoli” - “İnter”

22:45. “Udineze” - “Latsio”

İspaniya La Liqası

18:15. “Atletiko” - “Osasuna”

20:30. “Valensiya” - “Real Madrid”

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Ən çox oxunanalar