Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Kuboku: Azərbaycanın 3 boksçusu 1/4 finala yüksəlib

Azərbaycanın 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 final mərhələsinə yüksəlib...

“Report” xəbər verir ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın ikinci günündə Tayfur Əliyev, Sərxan Əliyev və Malik Həsənov 1/8 final səddini uğurla keçiblər.

T.Əliyev 60 kq çəkidə ilk döyüşündə italiyalı Cüzeppe Kanonikoya heç bir şans verməyib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Avropa Oyunlarının mükafatçısı növbəti döyüşünü oktyabrın 12-də Rusiyanı təmsil edən Arşak Tovmasyana qarşı keçirəcək.

Tayfur Əliyevin qardaşı Sərxan Əliyev 71 kq çəkidə rinqə çıxıb. O, Toni Cası (İBAN) 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. S.Əliyev iki gün sonra 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək.

63,5 kq-da qüvvəsini sınayan Malik Həsənov isə polşalı Bartumey Roskoviçi mübarizədən kənarlaşdırıb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz oktyabrın 11-də fransalı Lunes Hamrauini sınağa çəkəcək.

Qeyd edək ki, Avropa Kubokunun 3-cü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kq) belaruslu Cianis Salotski ilə, Nəbi İsgəndərov (67 kq) isə ispaniyalı Adrian Krusla (İspaniya) görüşəcək.

Poliqon.info


Etiket: Avropa Kuboku


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay