Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqından İrana siqnal…

Avropa Parlamenti SEPAH-I terrorçu kimi tanıyan düzəliş qəbul edib...

Avropa Parlamenti çərşənbə günü Avropa İttifaqını(Aİ)İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmağa çağırıb. Onlar İranı aksiya iştirakçılarına qarşı repressiyalarda və Rusiyaya pilotsuz təyyarələrin verilməsində günahlandırıb.

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Aİ üzvü ölkələri ilə Tehran arasında əlaqələr son aylarda nüvə danışıqlarını canlandırmaq səylərinin dalana dirənməsi səbəbindən pisləşib. Tehran bir neçə Avropa vətəndaşını həbs edib və İttifaq edamlar da daxil olmaqla etirazçılara qarşı davam edən zorakı repressiyaları getdikcə daha çox tənqid edir.

Qanunvericilərin böyük əksəriyyətinin dəstəklədiyi mətndə Avropa Parlamenti “İran tərəfindən, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən Məhsa Əmininin öldürülməsindən sonra başlamış nümayişlərə qarşı vəhşicəsinə həyata keçirilən repressiyalarıı pisləyib. Həmin mətndə Ai və Aİ-yə üzv dövlətlər “Keçikçilər”I terroçuluq fəaliyyətində, etirazçılara qarşı repressiyalarda və Rusiyaya PUA-lar satmaqda ittham edərək “terrrorçu təçkilatlar” siyahısına salmağa çağırıblar.

Avropa Parlamentinin Aİ-ni SEPAH-ı öz siyahısına əlavə etməyə məcbur etmək səlahiyyəti yoxdur. Lakin polşalı mühafizəkar deputat Anna Fotiqa tərəfindən təklif edilən qətnaməyə düzəlişdə yer alan mətn Tehrana aydın siyasi mesajdır.

İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu qrup kimi tanınması Aİ ərazisindəki bütün aktivlərinin dondurulacağı anlamına gəlir. O, həmçinin Aİ vətəndaşlarından və ya bizneslərdən vəsait ala bilməyəcək.

Dəyişikliyin lehinə 598 deputat, əleyhinə 9, bitərəf 31 deputat səs verib.

Hazırda Brüssel Tehrana qarşı sanksiyaların dördüncü mərhələsini müzakirə edir və diplomatik mənbələr bildiriblər ki, SEPAH üzvləri gələn həftə Aİ-nin sanksiya siyahısına əlavə olunacaq.

Böyük Britaniyanın da yaxın həftələrdə belə bir qərar verəcəyi gözlənilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay