Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT Ermənistandakı seçkilərə rəy verdi

Fundamental hüquqlara sayğı, geniş ictimai inam mühitində keçirilib

Ermənistanda vaxtındanəvvəl seçkidə fundamental azadlıqlara sayğı göstərilib, seçki geniş ictimai inam və əsl rəqabətlə xarakterizə olunub”. Bunu beynəlxalq müşahidəçilər dekabrın 10-da bildirib.

Seçkidə səslərin 70,4 faizini yığmış Nikol Paşinyanın “Mənim addımım” alyansı parlamentdəki çoxluğa yiyələnib. İndi o, rahatlıqla korrupsiyayla mübarizə proqramını irəli apara, iqtisadiyyatda islahatlar gerçəkləşdirə biləcək.

ATƏT təmsilçilərinin daxil olduğu monitorinq missiyası ilkin bəyanatında bildirib ki, seçkilər fundamental hüquqlara sayqı, geniş ictimai inam mühitində keçirilib və bu, gələcək seçki islahatları vasitəsilə qorunub saxlanmalıdır.

“Media da daxil olmaqla açıq siyasi debat dinamik seçki kampaniyasına töhfəsinə verdi, ancaq bəzi hallarda onlayn qızışdırıcı ritorika narahatlıq yaradıb”, – bəyanatda deyilir.

Ermənistanda indiyədək keçirilən seçkilərdə saxtakarlıq, səslərin alınması hallarının olduğu bildirilib. Beynəlxalq müşahidəçilər bəyanatda mayda Seçki Məcəlləsinə olunan dəyişiklikləri alqışlayır. Həmin dəyişikliklərlə media müşahidəçilərinə məhdudiyyət qaldırılıb, seçki pozuntularına görə cərimələr artırılıb.

“Artıq seçicilər öz mesajlarını veriblər, indi Ermənistanın siyasi rəhbərliyi bunun qorunub saxlanmasına təminat verməli, bu gün verdiyimiz pozitiv dəyərləndirməni tamamilə möhkəmləndirəcək islahatlar həyata keçirməlidirlər”, – ATƏT-in qısamüddətli müşahidə missiyasının koordinatoru və lideri Peter Osusky deyib.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay