Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atasını dəfn edib səhnəyə çıxdı - Fuad Poladovun həyatından maraqlı faktlar

Bu gün mərhum sənətkar Fuad Poladovun doğum günüdür

PİA.AZ Kulis.az-a istinadən aktyor haqda maraqlı faktları təqdim edir.

1. Fuad Poladov Bakının “Sovetski” məhəlləsində müəllim ailəsində doğulub. Amma uşaqlığının ən əziz xatirələri İsmayıllıda keçirdiyi tətillərlə bağlı olub.

2. İlk dəfə filmə 10-cu sinifdə oxuyanda çəkilib – “İstintaq davam edir” filmi. Həm də atasının qadağan etməsinə baxmayaraq.

3. Hardasa 35 yaşlarında olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlib, tamaşanın təxirə salınıb tamaşaçının geri qaytarılmasına razı olmayıb.

4. Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.

5. Yaradıcılığında iki hadisə olduqca əlamətdardır. 1989-cu ildə 20 il işlədiyi Akademik Mili Daram Teatrı tərk etməsi, bir də həmin teatrı iki il işlədikdən sonra 2017-ci ildə tərk etməsi. Bu hadisələr yalnız onun deyil, tamaşaçılar üçün də əlamətdar hadisə olub. Təəssüflə yanaşılıb. Amma Poladov özü getdiyi səbəbləri dəqiq bildiyi üçün buna təəssüflənməyib. Ümumiyyətlə, hərəkətlərinə görə heç vaxt təəssüflənməyib. Teatrdan son gedişiisə gənc həmkarınaqarşı işlədiyi teatrda yaşanan haqsızlıqlara etirazı olub.


6. Akademik teatrda son oynadığı tamaşa “Müsyö İbrahim və Quran çiçəyi” tamaşası olub. Tamaşadan sonra səhnənin önünə gəlib diqqətlə onu dayanmadan alqışlayan tamaşaçılara uzun-uzadı sirli-sirli baxıb.

7. Ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də heç bir şəxsdən və heç bir qurumdan kömək istəməyib.

8. Öz yas və dəfnini də heç kimin qarışmasını istəmədən, sadə, təmtəraqsız olmasını arzulayıb. Böyük sənətkar üçün adətən olduğu kimi hansısa böyük səhnəli zallarda vida mərasimi keçirilməyib. Arzusuna müvafiq olaraq onu atasının yanında dəfn ediblər və məzar daşı istədiyi kimi sadə bir başdaşı olub.

9. Fuad Poladov yaradıcılığı boyu – Zaur, Valeh, Bunin, Hamlet, Timon, Ferdinand, Şah Qacar, Müsyö İbrahim kimi onlarla rolu ilə ən sevilən aktyor olmağı bacarıb: onun getməsi ilə səhnədə heç kimin doldura bilmədiyi böyükboşluq yaranıb.

pia.az


Etiket: Fuad Poladov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - Foto,Video

Ən çox oxunanalar