Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arvadını işlədiyi mağazanın qarşısında öldürənlə bağlı qərar verildi

Bu ilin mayında Masallının Təzə Alvadı kəndində yerləşən mağazanın qarşısında 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanı qətlə yetirən həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevə hökm oxunub.

Qafqazinfo” xəbər verir ki, G.Bəndəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 18 il müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, hər iki şəxs daha əvvəl ailəli olubmuş və bu, onların ikinci evliliyi olub. Belə ki, yetkinlik yaşına çatmış 4 övladı olan G.Bəndəliyevin həyat yoldaşı 3 il əvvəl vəfat edib. Bundan sonra o, həyat yoldaşından boşanan S.Səfərova ilə evlənib. Onların arasında rəsmi nikah bağlanmasa da, G.Bəndəliyevin evində birgə ər-arvad kimi yaşamağa başlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, G.Bəndəliyevin son vaxtlar mütəmadi spirtli içki qəbul etməsi və digər səbəblərdən ailədə münasibətlər pisləşib, nəticədə S.Səfərova bir ay əvvəl onu tərk edib. Hadisə günü  G.Bəndəliyev səhər saatlarında təmizlik məqsədilə xadimə kimi işlədiyi mağazanın qapısını açarkən S.Səfərovaya hücum edib. 59 yaşlı kişi qadını bıçaqlayaraq qətlə yetirib. Daha sonra o özünə də xəsarətlər yetirərək intihara cəhd edib.

Poliqon.info 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar