Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentina prezidenti özünü dünyanın ən populyar siyasətçisi elan edib

Mən bütün səfərlərimdə sensasiyaya çevrilirəm və dünyanın ən populyar siyasətçisiyəm...

Poliqon xəbər verir ki, bunu Argentina prezidenti Xavyer Miley deyib.

"Başa düşürəm ki, argentinalı siyasətçilərin çoxu kiçikdir, başqa sözlə, əhəmiyyətsizdir, bu naməlumdur. Amma mən o halda deyiləm. Davosda Dünya İqtisadi Forumunun iclasındakı, Mühafizəkar Siyasi Fəaliyyət Konfransındakı çıxışımı, "Time" jurnalının üz qabığını düşünün. Mənim hər hansı bir görünüşüm sensasiyadır. Əslində mən dünyanın ən populyar siyasətçisiyəm", deyə Miley bildirib.

Onun sözlərinə görə, beynəlxalq populyarlığı, xüsusən də sahibkar İlon Mask ilə görüş, maliyyəçilər Maykl Milken və Stenli Drukkenmillerin tərifləri ilə təsdiqlənir. Argentina lideri əmindir ki, ona diqqət ölkənin xeyrinədir.

"Bu, Argentina üçün marketinqdir. Biz Argentinanı yenidən dünyanın diqqət mərkəzində saxlayırıq", deyə prezident bildirib.

10 dekabr 2023-cü ildə prezident vəzifəsinə başlayan Miley özünü libertar və anarxo-kapitalist kimi təsvir edir. O, büdcə kəsirini xərclərin azaldılması yolu ilə aradan qaldıraraq Argentinanın iqtisadi problemlərini həll edəcəyini vəd edir. Argentina Katolik Universitetinin tədqiqatçılarının fikrincə, Miley hökumətinin şok tədbirləri nəticəsində ölkədə yoxsulluq səviyyəsi ilin ilk trimestrində 55%-ə yüksəlib. Dekabrda bu göstərici 49,5% təşkil edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub

Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə görüşüb

Stoltenberq: NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? - Video  

İlham Əliyev ilə Şahbaz Şərif arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib - Yenilənib

Ən çox oxunanalar