Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araik Arutyunyan və qondarma qurumun digər iki “prezidenti” Xankəndini tərk edib? - Şərh

Araik Arutyunyanın və qondarma qurumun digər iki “prezidenti”nin Xankəndini tərk edərək Yeravana getdiyini iddia edilir...

Politoloq: “Qarabağ separatçılarının Azərbaycanı tərk etməsi xəbəri dəqiq mənbələrdən təsdiq edilməsə də, həm bizim, həm də erməni mediasında onların ərazisini tərk etdikləri xəbərləri gəlir”.

“Bir az gözləmək lazımdır ki, rəsmi qurumlar buna açıqlıq gətirsinlər və bu xəbərin doğruluğunu təsdiq, ya inkar etsinlər. Böyük ehtimalla, bu, yalan xəbərdir”.

Bu sözləri politoloq Azər Qasımov Araik Arutyunyanın Xankəndini tərk etməsi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Erməni mətbuatı Araik Arutyunyanın Xankəndini tərk edərək Yeravana getdiyini yazır. Eyni zamanda iddia olunur ki, onunla birlikdə digər 2 hərbi cinayətkar, qondarma qurumun digər iki “prezidenti”Arkadi Qukasyan və Bako Saakyan da olub.

Bu iddialar nə qədər real ola bilər və bu hərbi cinayətkarların həbs edilməməsi hansı anlama gəlir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Bu xəbərin təsdiqlənməsi Azərbaycan hakimiyyəti üçün ciddi tənqid və qınaq obyekti olar”.

Onların həbs edilib-edilməməsinin seçim kimi hakimiyyətin seçimi ola bilməzliyini qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu, Azərbaycan xalqının seçimidir, canilər törətdikləri çoxsaylı ağır cinayətlərə görə qanun qarşısında mütləq cavab verməlidirlər:

“Qarabağ separatçılarının liderlərinin Azərbaycanı tərk etməsi xəbəri dəqiq mənbələrdən təsdiq edilməsə də, həm bizim, həm də erməni mediasında onların ərazisini tərk etdikləri xəbərləri gəlir.

Azərbaycan onlar haqqında öz fikrini dəfələrlə bildirib ki, bunlar Azərbaycan qanunlarına görə cinayətkarlardır və mütləq həbs ediləcəklər. Azərbaycanın Baş Prokurorunun dilindən iki gün əvvəl adları çəkilən erməni separatçıları barəsində beynəlxalq axtarış elan edildiyi qeyd edilmişdi..

Hesab edirəm ki, bir az gözləmək lazımdır ki, rəsmi qurumlar buna açıqlıq gətirsinlər və bu xəbərin doğruluğunu təsdiq, ya inkar etsinlər. Böyük ehtimalla, bu, yalan xəbərdir. Amma çox az faiz doğruluq ehtimalı varsa, bu, Azərbaycan hüquq sistemi daxil, bütün Azərbaycan dövləti adına xoş olmayan situasiya olar.

Azər Qasımov: “Çox az faiz doğruluq ehtimalı varsa, bu, Azərbaycan hüquq sistemi daxil, bütün Azərbaycan dövləti adına xoş olmayan situasiya olar”.

Azərbaycan dövlətinin belə addım atacağına ehtimal vermirəm. Hər hansı danışıq nəticəsində belə addım atılması versiyası belə normal olmaz, çünki hər şəkildə belə bu, Azərbaycan dövlətinin öz sözünü geri götürdüyü anlamına gələr.

Bu xəbərin təsdiqlənməsi isə Azərbaycan hakimiyyəti üçün ciddi tənqid və qınaq obyekti olar. Bu canilərin qeyd edilən kimi ərazidən buraxılması faktına imkan yaradanların hamısı Azərbaycan xalqı qarşısında düşəcəkləri durum isə çox istənilən durum olmaz. Onların həbs edilib-edilməməsi seçim kimi hakimiyyətin seçimi ola bilməz. Bu, Azərbaycan xalqının seçimidir ki, bu canilər törətdikləri çoxsaylı ağır cinayətlərə görə qanun qarşısında mütləq cavab verməlidirlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Xalq artistinin səhhətində problem yarandı: Əməliyyat olundu

Politoloq: Türk prezident Pezeşkian Xamneyinin xeyir duasını alıb...

Ən çox oxunanalar