Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araik Arutunyan və Ruben Vardanyan Moskvaya hansı yolla gediblər?

Maraqlıdır, Araik və Rubeni sülhməramlılar maşınlarının baqajında Ermənistana aparıblar?..

Erməni sepratçılarının liderləri Araik Arutunyan və Ruben Vardanyan Moskvada olublar və separatizmin gələcəyini müzakirə ediblər.

Poliqon.info xəbər verir ki, Araik Arutunyanın və Ruben Vardanyanın Moskvada müzakirələr aparması ilə bağlı Ermənistanın politik.am saytı məlumat yayıb.

Nəşr bildirir ki, Qarabağdan əldə etdiyi etibarlı məlumata görə, təxminən 10 gün əvvəl qondarma “Artsax prezidenti” Arayik Harutyunyan müxtəlif səviyyələrdə görüşlər keçirmək və Rusiyanın “Artsax”la bağlı mövqeyini aydınlaşdırmaq üçün Moskvaya gedib. O, 3-4 gün əvvəl geri qayıdıb.

Artunyanın ardınca separatçıların “desant” lideri Ruben Vardanyan Moskvaya uçub. Politik.am-In məlumatına görə Vardanyan hələ də Moskvadadır. Görünür, onu da Qarabağda separatçıların daxili siyasi problemlərini müzakirə etmək və vəziyyətin həllini tapmaq üçün dəvət ediblər.

Politik.am yazır ki, Laçın yolunun bağlanması ilə separatçılar arasında dairələrində müəyyən gərginlik yaranmış və “dövlət naziri”nin istefası və hətta növbədənkənar parlament seçkiləri mövzusu gündəmə gəlmişdi. Nəşr qeyd edir ki, separatçılar Rusiyanın kiminlə işləyəcəyini, hakim sistemin özünü necə aparacağını, kimin gedib, kimin qalacağını müəyyənləşdirməyə çalışırlar.

Qeyd edək ki, artıq iki aya yaxındır ki, Azərbaycan ekofəalalrının haqlı tələblərinin yerinə yetirilməməsi səbəbindən Ermənistanla Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan separatçıların yaşadıqları ərazilər arasında əlaqə kəsilib və bu zaman separatçıların liderlərin Moskvaya necə getmələri də sual doğurur. Maraqlıdır, Araik və Rubeni sülhməramlılar maşınlarının baqajında Ermənistana aparıblar?

Poliqpn.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar