Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA yanında İctimai Şuraya növbəti seçkilər keçirilib - Siyahı

Bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib...

Poliqon.info xəbər verir ki, seçki komissiyasının qərarına əsasən cari ilin 3 fevral tarixli elanı əsasında İctimai Şuraya üzvlüklə bağlı müraciət edən hər bir vətəndaş cəmiyyəti institutunun nümayəndəsi namizəd kimi qeydə alınıb. Səsvermə prosesində 52 vətəndaş cəmiyyəti institutunun nümayəndəsi iştirak edib.

Səsvermə prosesinin mövcud qanunvericiliyin tələblərinə əsasən təşkilini, eyni zamanda tam şəffaf və ədalətli keçirilməsini təmin etmək məqsədilə, bütün lazımi sənədləri özündə ehtiva edən məlumat lövhələri, səsvermə qutusu və digər lazımi avadanlıqlarla təmin edilmiş seçki otağı hazırlanıb. Bununla yanaşı, seçici sayını nəzərə alaraq, seçki komissiyasının qərarına əsasən 56 nüsxə seçki bülleteni hazırlanaraq çap edilib.

Seçki prosesinin sonunda səsvermə qutusu açılıb və Seçki Komissiyasının üzvlərinin iştirakı, müşahidəçilərin nəzarəti altında səslər hesablanıb. Səsvermənin nəticələrinə əsasən namizədliyi irəli sürülmüş 12 namizəddən aşağıda adları qeyd olunan 9 nəfəri AQTA yanında İctimai Şuranın üzvü seçilib.

1. Abbasov Pərvin Əkbər oğlu - “Report” İnformasiya Agentliyi baş redaktorunun müavini

2. Abdullayev Əbdülhüseyn Məmməd oğlu - “Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası” İctimai Birliyinin sədri

3. Eyyubov Samir Kürdoğlu oğlu - "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri

4. Məmmədov Amin Fəramiz oğlu - Azərbaycan Milli QHT Forumunun (MQF) Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri

5. Qaraşov Fərhad Arif oğlu - “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri

6. Quliyev Bəşir Şain oğlu - “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın İdarə Heyətinin sədri

7. Səfərov Nazim Faiq oğlu - “Azərbaycan Heyvandarlıq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri

8. Şamilov İlqar Şahvələd oğlu - "Qidalanma və Sağlamlıq" İctimai Birliyinin sədri

9. Zülfüqarlı Aytac Sədrəddin qızı - Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai birliyinin sədri.

AQTA yanında İctimai Şura qida təhlükəsizliyi sahəsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə, ümumdövlət və yerli səviyyədə qərarların qəbuluna, institusional inkişafın və ölkədə qida təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Eyni zamanda, qida təhlükəsizliyi sahəsində hazırlanacaq qanunvericilik aktları, qaydalar, texniki normativ hüquqi aktlar və digər metodiki göstərişlər ictimai rəy nəzərə alınmaqla, sahibkarların, istehlakçıların və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı təmin olunmaqla təkmilləşdiriləcək.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Poliqon.info


Etiket: AQTA seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar