Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antibiotiklər nə zaman şok verib ölümə səbəb ola bilir? - Həkim açıqladı

1996-cı il təvəllüdlü həkim Əlizadə Qəmbər Dilavər oğlunun özünə antibiotik vuraraq şoka düşməsi, nəticədə həyatını itirməsi ictimaiyyətdə geniş müzakirə yaradıb...

Məyusedici hadisə insanların antibiotiklərlə bağlı narahatlığını artırıb.

Müzakirələr zamanı səsləndirilən suallarla əlaqədar Pravda.az-a açıqlama verən tanınmış nevropatoloq Qalib Əsədov antibiotiklərlə bağlı bir sıra vacib nüanslara toxunub.

Q.Əsədov əvvəlcə həkimlərin özlərinə iynə vurmaları məsələsinə münasibət bildirib: “Əlbəttə, həkim özünə iynə də vura bilər. Hətta özünü əməliyyat edən həkimlər də tarixə düşüb. Özünə iynə vurmaq elə bir problemli məsələ deyil”.

Həkim deyib ki, antibiotiklərin şok vermə ehtimalı var: “Buna görə də bəzi dərmanlara sınaq - “prob” qoyurlar ki, əvvəlcə onun xəstəyə düşüb-düşmədiyini öyrənə bilsinlər. Antibiotiklər zülal maddələr olduğu üçün bəzi bədənlərin, orqanizmlərin antibiotikə qarşı həssaslığı olur. İnsan orqanizmi əks təsir nəticəsində hətta ildırım sürəti ilə allergik reaksiya verə bilər, buna “anafilaktik şok” deyirlər. Nəticədə bəzən xəstə həyatını itirir. Hətta həssaslıq o dərəcə güclü olur ki, “prob” qoyulanda belə anafilaktik şok baş verir”.

Q.Əsədov xəstəyə antibotik yazarkən həkimlərin nəzərə almalı olduqları məqamlara da diqqət çəkib: “Həkimlər adətən xəstədən ona əvvəllər antibiotik vurulub-vurulmadığını soruşurlar. Bu cür dərmanları reseptə yazanda həkimlər mütləq deyirlər ki, "prob" qoyun. Ümumiyyətlə, antibiotiklər, yaxud anafilaksiya verə bilən zülal tipli xüsusi maddələr yaxşı olar ki, birinci dəfə hansısa tibb müəssisəsində, klinikada, poliklinikada vurulsun. Çünki poliklinikalarda əl altında şok əleyhinə dərman vasitələri olur. Bu, elə sürətlə baş verir ki, bəzən təcili yardım gəlib çatana qədər xəstə həyatını itirir. İnsanın immun sistemi aktivdirsə, allergik fon yüksəkdirsə, ilkin mərhələdə antibiotik həkim nəzarəti altında vurulsun. Anafilaksiya baş versə, dərhal şok əleyhinə dərmanlar tətbiq edilsin ki, xəstənin həyatını xilas etmək mümkün olsun”.

Poliqon.info


Etiket: Antibiotik həkim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Bəylə-gəlin futbola görə toylarını dayandırdılar - Video

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Ən çox oxunanalar