Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anna Akopyan Ermənistan ordusuna qarşı... - Niyə birinci xanım ordunu ifşa edir?

Nikol Paşinyanın xanımı açıq şəkildə etiraf edib ki, 44 günlük müharibənin gedişatında Ermənistan ordusunda 11 min nəfərdən artıq fərari olub...

Politoloq: “Anna Akopyanın bu çıxışı Ermənistanda böyük səs-səda yaradıb. Bəziləri Paşinyanın yoldaşını Azərbaycanın agenti kimi göstərirlər”.

“Ermənilər Anna Akopyanı günahlandırmaq əvəzinə onun çıxışından nəticə çıxarmalıdırlar”.

Bu sözləri politoloq Əhəd Məmmədli Paşinyanın xanımı Anna Akopyanın müharibə dövründə erməni ordusunun açıqladığı vəziyyətini Poliqon.info-a şərh edərkən qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan açıq şəkildə etiraf edib ki, 44 günlük müharibənin gedişatında Ermənistan ordusunda 11 min nəfərdən artıq fərari olub. Akopyanın sözlərinə görə, reallıq budur ki, ermənilərin çoxu cəbhəyə getmədilər, səfərbərlik əmrinə uymadılar.

Akopyanın Ermənistan ordusunun real simasını ifşa etməsi nəyə hesablanıb və Ermənistanın birinci xanımı ərinin ali baş komandan olduğu ordunu niyə ifşa edir?

Mövzunu Poliqon.info-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Erməni cəmiyyəti və Ermənistanın siyasi hakimiyyəti reallıqlara adım-addım yaxınlaşmalıdır”.

Müharibə vaxtı Annanın oğlunun da müharibəyə çağırıldığını bəyan etdiyini xatırladan politoloq qeyd edib ki, əslində, Anna Akopyan bu çıxışı ilə həm də erməni xislətini ortaya qoymuş oldu:

“Anna Akopyanın bu çıxışı Ermənistanda böyük səs-səda yaradıb. Bəziləri Paşinyanın yoldaşını Azərbaycanın agenti kimi göstərirlər. Onlar bildirirlər ki, bu indiki məqamda düzgün çıxış deyildi və bu çıxış Ermənistanı gözdən salmağa hədəflənmiş bir çıxış idi.

Amma Anna Akopyanın çıxışı həqiqətləri əks etdirən çıxış idi. Ermənistanın birinci ledisi bu çıxışı ilə demək istədi ki, nə çox Arsax deyirsiniz, müharibə etdik və minlərlə fərari var idi. Eyni zamanda Paşinyanın yoldaşı bu məsuliyyəti xalqın da üzərinə atmış oldu. İqtidar baxımından bu addım qeyri-papulyar addım da olsa, amma Paşinyan ermənilərə addım-addım reallıqları anlatmağa çalışır.

Xatırladım ki, Anna Akopyan müharibə dövründə hərbi paltar geyinib, əlinə silah götürüb, qadın batalyonu qurub Azərbaycanı hədələyirdi. Hətta, guya oğlu da müharibəyə çağırılmışdı. Əslində, Anna bu çıxışı ilə həm də erməni xislətini ortaya qoymuş oldu.

Ermənilər Anna Akopyanı günahlandırmaq əvəzinə onun çıxışından nəticə çıxarmalıdırlar. Erməni cəmiyyəti və Ermənistanın siyasi hakimiyyəti reallıqlara adım-addım yaxınlaşmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar