Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Kərimov Qətərin mədəniyyət naziri ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimov iyunun 17-də IX Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə görüşüb.

Nazirlikdən verilən xəbərə görə, görüşdə Qətər-Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söhbət açılıb.

Nazir Anar Kərimov iki ölkə arasında mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın davamlı inkişafını xüsusi vurğulayıb. O, ölkəmizdə yeni yaradılan Azərbaycan Respublikası Kino Agentliyi haqqında qətərli həmkarına məlumat verərək film sənayesinin inkişafı istiqamətində Qətərin təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildirib.

Anar Kərimov "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyası haqqında nazirə məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün vacibliyini diqqətə çatdırmaqdır. Nazir bu kimi təşəbbüslərdə Qətər Dövlətini fəal iştiraka dəvət edib.

Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani qəbula görə nazirə təşəkkürünü bildirib və IX Bakı Qlobal Forumunda iştirakından məmnunluğunu dilə gətirib.

Qətərli nazir iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi təkliflərini xüsusilə vurğulayaraq bu istiqamətdə qarşılıqlı fəaliyyət planının hazırlanmasını təklif edib.

Görüşdə QətərAzərbaycan mədəniyyəti günlərinin keçirilməsi, həmçinin azərbaycanlı və qətərli şairlərin kitablarının tərcümə və çap olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ən çox oxunanalar