Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almanlar səhvən NATO-nun sualtı qayıqları ilə bağlı sənəd dərc ediblər

Qaz kəmərinin tikintisinə icazələrin verilməsinə cavabdeh olan idarənin əməkdaşları 2018-ci ildə öz saytında gizli sənəd dərc ediblər...

Poliqon xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Almaniya Federal Prokurorluğu “Ştralsund” Mədən Departamentinin “Şimal axını 2” qaz kəmərinin tikintisi zamanı dövlət sirrinin açıqlanmasına görə məsuliyyət daşıyan əməkdaşlarına qarşı istintaqa başlayıb.

Nəşrin məlumatına görə, qaz kəmərinin tikintisinə icazələrin verilməsinə cavabdeh olan idarənin əməkdaşları 2018-ci ildə öz internet saytında NATO sualtı qayıqlarının və onların silahlarının fəaliyyət zonaları haqqında məlumatı əks etdirən sənəd dərc ediblər.

Bu məlumat “gizli, yalnız rəsmi istifadə üçün” qeyd olunub. “Bild” nəşri qeyd edir ki, dövlət sirrini yaydıqlarına görə idarənin əməkdaşlarını 5 ilə qədər həbs gözləyir.

Öz növbəsində, “Bild”in köşə yazarı Nikolas Harbuş qeyd edib ki, bu məlumat Şimal axınında partlayışların təşkilatçıları üçün “maraqlı ola bilər”.

Xatırladaq ki, “Şimal axını”nda partlayışlar 2022-ci il sentyabrın 26-na keçən gecə Baltik dənizinin Danimarkanın Bornholm adası yaxınlığındakı hissəsində baş verib. Partlayışlar nəticəsində dörd qaz kəmərindən üçü zədələnib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar