Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada azərbaycanlı miqrantların qiyamı

Bavariyanın Ayxştett şəhərində deportasiya olunmaq üçün saxlanıldıqları təcridxanada qiyam törətməkdə təqsrləndirilən azərbaycanlı və tacik miqrantların cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Bu barədə alman mətbuatı məlumat yayıb.

Məlumata görə, ötən il dekabrın 25-də təcridxanaya xüsusi təyinatlılar və yanğınsöndürənlər çağırılıb. Azərbaycanlı miqrant döşəkləri yandırıb, stulun ayağıyla videokameranı sındırıb. Yaranmış vəziyyətdən istifadə edənlər hasarı aşaraq qaçmağa cəhd göstəriblər.

Xüsusi təyinatlılar təcridxanaya gələrək vəziyyəti nizama salıblar. Hadisəni törətməkdə təqsirləndirilən 24 yaşlı azərbaycanlı və 35 yaşlı tacik həbs olunublar. Yanğın nəticəsində zərərçəkənlərdən ikisi xəstəxanaya yerləşdirilib.

Avqustun 23-də qiyamın təşkilində ittiham edilən hər iki şəxs hakim önünə çıxarılıb.

"Mən bu barədə dustaq yoldaşlarıma danışmışam, amma heç kimi qiyama təhrik etməmişəm. Bu həbsxanada mənə çox pis idi. Artıq altı həftə idi ki, buradaydım. Vəkillə təmin edilmirdim, həkim çağırmırdılar. Özümü qəfəsə salınmış heyvan kimi hiss edirdim”,- azərbaycanlı miqrant deyib.

Alman nəşrinin yazdığına görə, azərbaycanlı gənc hər şeyi etiraf etsə də, tacik ittihamlarla razılaşmayıb. O, məhkəmədə dustaq yoldaşının niyyətindən xəbərdar olduğunu təsdiq etsə də, qaçmaq fikri olmadığını deyib.

Təqsirləndirilənlərin hər ikisi tez bir zamanda Almaniyanı tərk etmək istədiklərini söyləyiblər.(virtualaz.org)

pia.az

 


Etiket: Miqrant Qiyam

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Miley: Argentina Maduronun qələbəsini tanımır...

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Ən çox oxunanalar