Almaniya millisinin Rusiyada keçirilən dünya çempionatında qrup mərhələsini adlaya bilməməsi azarkeşlərin planlarına təsir göstərib
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, Bundestimin qrup mərhələsini adlayacağına əmin olan fanatlar pley-off oyunlarına da bilet alıblar. Ancaq son dünya çempionunun sensasion şəkildə qrupda qalması, onları məyus edib.
İndi alman azarkeşlər başqa komandaların iştirakı ilə gerçəkləşəcək oyuna baxmaq istəmirlər. Ona görə də, aldıqları biletləri satmağa cəhd göstərirlər. Bu günlərdə Moskvadan Almaniya şəhərlərinə olan reyslər tamamilə dolu olur. Alman azarkeşlər Rusiyanı kütləvi surətdə tərk edirlər. Təbii ki, almanların Rusiyanı tərk etməsi FİFA-nın da gəlirlərini azaldacaq. Məlumata görə, İsveç - İçveçrə oyunu üçün hətta birinci kateqoriyalı biletlər də tam satılmayıb.
pia.az