Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ və NATO Ukrayna böhranına görə hərbi tərəfdaşlığı gücləndirəcək

NATO-nun Şaş katibi Yens Stoltenberq Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti ilə birlikdə yanvarın 10-da Brüsseldə yeni əməkdaşlıq bəyannaməsi imzalayacaq…

PİA.az xəbər verir ki, bu barədə Avstriyanın Die Presse nəşrinin yaydığı məlumatda bildiririr. Qəzetin yazdığına görə, yeni Aİ və NATO rasında əməkdaşlığı daha da sıxlaşdıracaq yeni sənəd 14 bənddən ibarətdir.

Qarşılaşdığımız təhlükəsizlik təhdidlərin və çağırışların miqyası artdıqca biz tərəfdaşlığımızı növbəti səviyyəyə qaldırırıq”, deyə Aİ və NATO-nun birgə bəyanatında deyilir.

Sənədə əsasən, Aİ və NATO hərbi əməkdaşlığı “daha yüksək səviyyəyə” çıxarmağa, eyni zamanda “ümumi məqsədlərə nail olmaq üçün istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə bütün mövcud ümumi alətləri” səfərbər etməyə sadiqdirlər.

Bəyannamədə Avropa İttifaqı ilə hərbi-siyasi blok arasında strateji əlaqələrin gücləndirilməsi üçün əsas kimi Rusiya və Çinlə “geostrateji rəqabətin artması”, habelə “kritik infrastrukturların qorunması” qeyd olunur.

Bundan əlavə, tərəflər iqlim dəyişikliyi, həmçinin məlumatların manipulyasiyası və xaricdən müdaxilə ilə mübarizədə əməkdaşlığı gücləndirmək istəyirlər. Həmçinin bəyannamədə Aİ və NATO arasında kosmos sahəsində tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Bəyannamədə NATO və Aİ yenidən Rusiyanı Ukraynadakı müharibəni dərhal dayandırmağa çağırıb. Tərəflər Kiyevə hərbi və maliyyə dəstəyi ilə bağlı gələcək planları da təsdiqləyiblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay