Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ rəsmiləri AK rəhbərindən narazıdır: Kraliça kimi davranır...

Avropa İttifaqının yüksək rütbəli rəsmiləri Avropa Komissiyasının sədri Ursula fon der Leyenin assosiasiyaya üzv ölkələrin möveyini nəzərə almayaraq, öz səlahiyyətlərindən kənara çıxmasından narazıdırlar...

Poliqon xəbər verir ki, bu barədə Politco nəşri Avropa İttifaqının ən yaxın məsləhətçilərinin rəyinə istinadən yazır.

Nəşrin yazdığına görə, Ursula fon der Leyen İsrailə planlaşdırılmamış səfər etdikdən sonra ondan narazılıq kritik həddə çatıb və bu, avropalı diplomatların tənqidinə səbəb olub.

Bir neçə Politico mənbələrinin bildirdiyinə görə, AK rəhbəri HƏMAS hücumlarından zərər çəkənlərlə həmrəylik ifadə edib, lakin səfəri zamanı İsrailə Qəzzada beynəlxalq qanunlara hörmət etmək çağırışlarını çatdırmayıb.

Oxşar davranış sanksiyaların elanı zamanı və ya Ukrayna ilə bağlı məsələlərdə müşahidə olunub. Avropa rəsmiləri qeyd edirlər ki, AK rəhbəri onlarla məsləhətləşmədən sadəcə qərarlar qəbul edib.

“O, getdikcə daha çox kraliça kimi davranır”, deyə nəşrin mənbəsi bildirib.

Avropa İttifaqı rəsmilərinin onun fəaliyyətindən məyus olması gələn ilin iyununda keçiriləcək Avropa Parlamenti seçkilərindən sonra fon der Leyen Avropa Komissiyasının rəhbəri vəzifəsinə yenidən seçilmək şansını təhlükə altına qoya bilər.

“İndiyə qədər heç bir lider birbaşa fon der Leyeni dəstəyini dayandırmaqla hədələməsə də, onu tənqid edənlər arasında məyusluq ikinci müddət üçün yekdil dəstək istəsə, problem yarada bilər”, deyə Politico qeyd edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar