Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ 2024-cü il yanvarın sonunda Kiyevə 50 milyard avro ayıracaq

Hollandiyanın Baş naziri Mark Rutte əmin olduğunu bildirib ki, Avropa İttifaqı ölkələrinin liderləri 2024-cü ilin əvvəlində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramı məsələsini həll edəcəklər...

Poliqon Reuters Agentliyinin məlumatına əsasən xəbər verir ki, bu məqsədlə Aİ-nin yeni sammitinin təşkili nəzərdə tutulur. Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin bu məsələ ilə bağlı qərarına veto qoyub.

“Hələ vaxtımız var, Ukraynanın növbəti bir neçə həftə üçün hələ də pulu var. Mən tam əminəm ki, biz gələn ilin əvvəlində razılıq əldə edə biləcəyik, biz yanvarın sonunda etməyi düşünürük”, deyə Mark Rutte Aİ-nin Brüsseldə keçirilən sammitinin yekunlarına dair bildirib.

Qeyd edək ki, dekabrın 15-də Macarıstanın Baş naziri Viktor Orban X sosial şəbəkəsində Aİ-nin Ukraynaya 50 milyard avro ayırmaq qərarına veto qoyaraq baxılmaq üçün göndərdiyini bildirib. Ehtimal edilirdi ki, Aİ 2027-ci ilə qədər büdcəsinə dəyişiklik edərək Kiyev üçün 33 milyard avro kredit və 17 milyard avro qrant daxil edəcək. Avropanın büdcə komissarı Johannes Hahn daha əvvəl Reuters-ə müsahibəsində bildirib ki, Orbanın vetodan istifadə etmək niyyətinə baxmayaraq, Aİ ölkələri bu məbləğin Ukraynaya ayrılması ilə bağlı razılığa gələ biləcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - Foto,Video

Azərbaycan Premyer Liqası:"Qarabağ" böyükhesablı qələbəyə sevinib

Ən çox oxunanalar