Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olunub

Daha 25 ailəyə evlərinin açarları təqdim olunub...

"Report" xəbər verir ki, bu gün 123 sakindən ibarət 25 ailə Bakı şəhərindən köç karvanı ilə Zəngilan rayonunun Ağalı kəndinə yola salınıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, QubadlıZəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər “Ağıllı kənd”də Ağalı sakinlərini qarşılayıb. Daha sonra ata-baba yurdlarına köçürülən keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Bugünədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 133 ailə, 649 nəfər köçürülüb.

Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.

Hazırda Ağalı kəndinə növbəti ailələrin köçürülməsi üçün də hazırlıq işləri görülür və bu prosesin qarşıdan gələn aylarda reallaşdırılması nəzərdə tutulub.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Ən çox oxunanalar