Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb...

“Report” xəbər verir ki, birincilərin iki köməkçi məşqçisi - Sənan Qurbanov və Miodraq Todorov diskvalifikasiya olunublar.

Hakimin qərarına etiraz etdikləri üçün qırmızı vərəqə alan mütəxəssislər 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıblar. Onlara 3 aylıq sınaq müddəti təyin edilib. “Neftçi” isə buna görə 3000 manat cərimələnib.

Qarşılaşmada fotoqrafların mövqelərini dəyişərək icazə verilməyən yerlərdən çəkiliş aparmaları “Neftçi”yə 500 manata başa gəlib. Həmçinin matçdan sonra meydana kənar şəxslər daxil olduğundan, “ağ-qaralar” daha 800 manat cərimə ödəyəcəklər. Bundan başqa, oyunda "miks-zona" düzgün təşkil edilmədiyinə, stadionun tunelində insanlar çox olduğuna və futbolçular avtobusa rahat daxil ola bilmədiklərinə görə “Neftçi”yə xəbərdarlıq edilib.

“Qarabağ” da cəriməsiz qalmayıb. Toral Bayramovun formasının rəqəmləri fərqli olduğundan, ağdamlılar 1000 manat cərimələniblər. 78-ci dəqiqədə isə Ağdam təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib komandanın ünvanına qeyri-etik ifadələr səsləndirilib. Bu hal mövsümdə ikinci dəfə yaşandığından, qonaqlar 500 manat cərimə olunublar.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Poliqon.info


Etiket: Neftçi Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Ən çox oxunanalar