Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya xarici kəşfiyyatlarnın Ermənistana olan marağı nədən artıb?..

ABŞ və Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin direktorlarının Ermənistana səfərlərlərinin pərdəaraxı məqamları...

Ərəstun Oruclu: “Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börnsin Ermənistana səfəri heç də təsadüfi sayılmamalıdır”.

Fərhad Məmmədov: “ABŞRusiya Xarici Kəşfiyyat Xidmətinin direktorlarının Ermənistana səfərləri arasında 3 gün fərq var. Ehtimal etmək olar ki, MKİ direktoru Rusiyalı həmkarına yazılı məktub gətirib və həmin məktub Paşinyan vasitəsi ilə Narışkinə çatdırılıb. Amma başqa ehtimallar da çoxdur”.

Dünən Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ermənistana səfər edib və baş nazir Nikol Paşinyanla görüşüb. Onların beynəlxalq və regional təhlükəsizlik, habelə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdikləri xəbər verilir.

Narışkinin Yerevanda Paşinyandan başqa Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri ilə görüşüb.

Narışkinin Yeravan səfərindən 3 gün əvvəl isə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Yeravana səfər etmişdi. Uilyam Börnsin Yeravan səfərinin səbəbi ilə bağlı demək olar ki, heç bir məlumat yayılmayıb. Rəsmi məlumatda Uilyam Börnsin Baş nazir Nikol Paşinyanla və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşməsi bildirilirdi.

Xarici kəşfiyyat qurumları, xüsusən də ABŞRusiya kimi nəhəng ölkələrin kəşfiyyat qurumları üçün Ermənistanın bu qədər maraq kəsb etməsi nə ilə bağlı ola bilər?

ABŞRusiya Mərkəzi Kəşfiyyat İdarəsinin direktorlarının Ermənistan səfərlərini PİA.az-ın əməkdaşı keçmiş MTN-nin sabiq zabiti, siyasi-şərhçi Ərəstun Oruclu və “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov ilə müzakirə edib.

Ərəstun Oruclu: “Sergey Narışkin Vilyam Börnsin ardınca özünü İrəvana yetirməsi də, çox güman ki, Paşinyana xəbərdarlıq etmək, onu hədələmək, bəlkə də ona təzyiq etmək məqsədi güdüb”.

ABŞ Ermənistanın Azərbaycanla sülh anlaşmasına, Türkiyə ilə də münasibətlərin normallaşmasına getməsini istədiyini düşünən siyasi-şərhçi Ərəstun Oruclu PİA.az-a bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorunun Ermənistana səfəri ilk növbədə Rusiyaya mesaj idi:

“Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börnsin Ermənistana səfəri heç də təsadüfi sayılmamalıdır. Təssüf ki, Azərbaycan mediasında Ermənistanın əhəmiyyəti, xüsusən ABŞ üçün əhəmiyyəti məqsədli şəkildə kiçildilir. Çalışırlar bunu tamam başqa cür təqdim etsinlər və Azərbaycan ictimai rəyində yalnış təsəvvür yaradırlar. Bu da səhv yanaşmadır. Ümumiyyətlə düşməni, düşmən ölkənin imkanlarını doğru qiymətləndirməmək yalnış yoldur.

Hesab edirəm ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Ermənistana səfəri bölgə üçün son dərəcə əhəmiyyətli bir məsələdir. Burada önəmli faktorlar var:

1. Paşinyan Qərbə və ABŞ-a yaxındır. Qərbin və ABŞ-ın da Paşinyana etimadı var. Səfər də bunun göstəricisidir. Əgər kiçik bir ölkənin rəhbəri ilə ABŞ kimi ölkənin bütün dünyada qlobal şəbəkəyə sahib olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru gəlib onun evində görüşürsə, deməli danışmağa nə isə var.

ABŞ maraqlıdır ki, Ermənistan Azərbaycanla sülh anlaşmasına, Türkiyə ilə də münasibətlərin normallaşmasına getsin. Hesab edirəm ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Ermənistana səfəri ilk növbədə Rusiyaya mesaj idi ki, biz Paşinyanın bu istiqamətdə fəaliyyətini dəstəkləyirik. Bu Paşinyana açıq dəstək ifadəsi idi. Xüsusilə Rusiyadan dəstək alan Ermənistan müxalifətinin son aylar Paşinyanı devirmək üçün etdikləri uğursuz cəhdlər fonunda bu səfər xüsusi əhəmiyyət daşıyırdı.

2. ABŞ-ın Cənubi Qafqaz bölgəsində geosiyasi maraqları var. Bütövlükdə Yaxın və Orta Şərqin bir parçası olan Cənubi Qafqazda ABŞ-ın xüsusi maraqları var. Bu günlərdə Cozef Bayden Ər-Riyyadda səfərdə olarkən Körfəz ölkələri rəhbərləri ilə görüşündə açıq şəkildə dedi ki, ABŞ Yaxın Şərq qayıdır. ABŞ prezidenti qeyd elədi ki, burada boşluq yaradıb və onun adminstrasiyası bu boşluğun Rusiya və Çin tərəfindən doldurulmasına imkan vermək fikrində deyil. Rusiyanın Yaxın Şərqə yolu isə Cənubi Qafqazdan keçir.

Ərəstun Oruclu: “ABŞ-ın müttəfiqləri arasında Türkiyə Rusiyanın Yaxın Şərqə yolunu kəsə biləcək yeganə ölkədir və Türkiyə bunun üçün həm hərbi, həm də siyasi baxımdan gücü yetəcək dövlətdir”.

Cənubi Qafqazda sülhün əldə olunmasında və geosiyasi xəritənin birləşməsində isə təkcə Azərbaycan deyil, Ermənistan da böyük rol oynayır. Ən azı ona görə ki, Ermənistan Türkiyə ilə Azərbaycanı bir-birinə çoğrafi baxımdan ayırır. Düşünürəm ki, söhbət bu istiqamətdə də gedə bilərdi. Yəni Türkiyə ilə Ermənistan arasında və Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənsinin vacibliyi ətrafında müzakirələr aparıla bilərdi.

Börnsin bu səfəri həm də ona işarət idi ki, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamaq yolunda atacağı addımlarda Rusiyadan çəkinməsin. Bununla da Türkiyənin Cənubi Qafqaza rolu daha da artsın. Çünki ABŞ-ın müttəfiqləri arasında Türkiyə Rusiyanın Yaxın Şərqə yolunu kəsə biləcək yeganə ölkədir və Türkiyə bunun üçün həm hərbi, həm də siyasi baxımdan gücü yetəcək dövlətdir. Düşünürəm ki, təxminən bu MKİ direktoru Yeravanda məhz bu istiqamətdə məsələləri müzakirə edə bilərdi. Bu mənim ehtimalımdır. Yanıla da bilərəm. Amma başqa nələrinsə müzakirə olunması inandırıcı görünmür.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Vilyam Börnsin ardınca özünü İrəvana yetirməsi də, çox güman ki, Paşinyana xəbərdarlıq etmək, onu hədələmək, bəlkə də ona təzyiq etmək məqsədi güdüb. Ən azı Sergey Narışkin ABŞ-la Ermənistan arasında hansı danışıqların getdiyini öyrənmək istəyib. Dediyim kimi Rusiyanın Yaxın Şərqə yolu Cənubi Qafqazdan keçir. Bu məsələdə də Ermənistanın rolunu kiçiltmək lazım deyil. Bu özünü aldatmaqdır. Çox təəssüf ki, Azərbaycan mediasında bu yol tutulub. Xüsusən də hökumətə bağlı mediada bu yol tutulub”.

Fərhad Məmmədov: “Hazlrda Rusiya Xüsusi Xidmət Orqanının rəhbərləri bir çox ölkələrə gedə bilmir. Onlara sanksiya tətbiq olunub və mümkündür ki, həm ABŞ, həm də Rusiya Ermənistanı fikir mübadiləsi üçün rabitə kanalı olaraq seçiblər”.

İndiki vəziyyətdə Rusiya Xüsusi Xidmət Orqanının rəhbərinin bir çox ölkəyə gedə bilməməsini xatırladan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, ünsiyyət qurmaq üçün Ermənistana həm ABŞ, həm də Rusiya nümayəndəsi gedə bilər:

“Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börnsin və Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ermənistana səfəri hər hansı məlumat mübadiləsi ilə bağlıdırsa, adətən bu eyni vaxtda baş verməli idi. Yəni adətən eyni vaxtda bu qurumların rəhbərləri üçüncü dövlət ərazisində görüşüb fikir mübadiləsi aparırlar.
ABŞRusiya Xarici Kəşfiyyat Xidmətinin direktorlarının Ermənistan səfərilər arasında isə 3 gün fərq var. Ehtimal etmək olar ki, MKİ direktoru Rusiyalı həmkarına yazılı məktub gətirib və həmin məktub Paşinyan vasitəsi ilə Narışkinə çatdırılıb. Amma başqa ehtimallar da çoxdur.

Hal-hazırki vəziyyət elə bir vəziyyətdir ki, Rusiya Xüsusi Xidmət Orqanının rəhbərləri bir çox ölkələrə gedə bilmir. Onlara sanksiya tətbiq olunub və mümkündür ki, həm ABŞ, həm də Rusiya Ermənistanı fikir mübadiləsi üçün rabitə kanalı olaraq seçiblər. Ermənistan da elə ölkədir ki, ünsiyyət qurmaq üçün oraya həm ABŞ, həm də Rusiya nümayəndəsi gedə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar