Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukraynanı dəstəkləməklə Avropanın Rusiyadan asılılığını ortadan qaldırır…

Amerikalı analitik Entoni Kordesman ABŞ-ın Kiyevə yardımını “sərmayə” adlandırıb. Çünki Vaşinqton Ukraynanı müdafiə edərək Avropadakı iqtisadi gücünü artırır…

PİA.az xəbər verir ki, Çində nəşr olunan “Sohu” qəzeti Ukraynaya hərbi və maliyyə yardımı edən ABŞ-ın əsl məqsədinin Rusiyanın Avropa bazarından tamamilə çıxarılması olduğunu yazıb.

Qəzet amerikalı analitik Entoni Kordesmanın daha əvvəl verdiiyi bəyanatına istinadən yazır ki, Ukraynanı dəstəkləmək ABŞ üçün sərfəli sərmayədir və bunun faydası yardım xərclərindən daha çox olacaq.

Ekspert Entoni Kordesmanın fikrincə, Ukraynaya yatırılan “hərbi sərmayələr” sayəsində Avropa dövlətlərinin Rusiyadan asılılığını minimuma endirib və paralel olaraq Avropanın iqtisadi müstəqilliyini gücləndirib. Həmçinin Rusiyanın Ukraynaya hücum etməsi NATO üzvlərinin təşkilata böyük sərmayələrin yatırılmasının zəruriliyinə inandırıb. Həmçinin Qərb Çinlə qarşıdurmada öz mövqelərini yaxşılaşdıra bilib.

Qeyd edək k, bir neçə gün əvvəl ABŞ-ın qlobal münaqişələr üzrə milli təhlükəsizlik üzrə analitiki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Entoni Kordesman Ukraynaya hərbi yardımın əleyhinə olan amerikalılara Vaşinqtonun strateji baxışlarını izah edən məqalə dərc edib. Bu mərhələdə o, ABŞ-ın Ukraynaya yardımlarını sərmayə adlandırıb.

ABŞ-ın Ukraynaya yardımı sərmayədir, onun faydası öz dəyərindən qat-qat artıqdır”, deyə Kordesman “Sohu” qəzetinə yazdığı məqləni şərh edərkən deyib.

Kordesmanın fikrincə, Ukraynaya yardım göstərilməsə, o zaman Vaşinqton strateji itkilərlə üzləşəcək: Kiyev məğlub olacaq, Avropa Ştatlara inamını itirəcək, İsveç və Finlandiya NATO-ya daxil olmaq barədə fikirlərini dəyişəcəklər.

“Sohu” qəzetinin yazdığına görə, ABŞ-ın Ukraynaya yardım üçün xərclədiyi məbləğ, iyirmi ildə Əfqanıstan kampaniyasına xərclənən vəsaitdən xeyli azdır. Kiyevə dəstək üçün ayrılan 100 milyard dollar ABŞ-ın 850 milyard dollarlıq hərbi büdcəsi və 5,87 trilyon dollarlıq dövlət büdcəsi ilə müqayisədə cüzi məbləğdir.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Ən çox oxunanalar