Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Qəzzada yeni administrasiya formalaşdırmağa cəhd edir

Co Baydenin administrasiyası İsraillə və HƏMAS arasında münaqişə bitdikdən sonra Qəzza zolağına rəhbərlik edəcək birini tapmağa çalışır, lakin bu cəhdlər hələ ki, uğurlu olmayıb...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlunat yayıb. Nəşrin yazdığına görə, ABŞ hakimiyyəti “pis variantlar arasından ən yaxşısını” seçməyə məcburdur. Güman edilir ki, Vaşinqton Qəzzanı beynəlxalq qüvvələrin xarici nəzarətinə verməyə məcbur olacaq.

Qəzetin mənbələri vurğulayır ki, ABŞ çoxlu cəlbedici olmayan variantlarla üzləşib. Onlardan ən yaxşısı anklavın prezident Mahmud Abbasın başçılıq etdiyi Fələstin Milli Administrasiyasının nəzarətinə verilməsi kimi görünür. Təl-Əviv Qəzzanı idarə etmək işini öz üzərinə götürmək istəmədiyi üçün sektorun İsrailə təhvil verilməsi ümumiyyətlə nəzərdən keçirilmir. Sektoru ərəb dövlətlərindən ibarət beynəlxalq koalisiyanın da idarəsinə verilməsi də istisna olunmur. Nəşr bildirir ki, yekun qərar hələ verilməyib.

ABŞ rəsmiləri Fələstinin yeni administrasiyasını hamının dəstəkləməyəcəyi faktını etiraf edirlər, lakin onların fikrincə, bu variant İsrailin Qəzza zolağının birbaşa işğalına qayıtmaqdan daha yaxşıdır.

“Bizim bunun asan olacağına dair heç bir illüziyamız yoxdur. Bu yolda mütləq fikir ayrılıqlarımız olacaq”, deyəABŞ Dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, alternativ “daha ​​çox terror hücumları, daha çox zorakılıq, daha çox günahsız əzabdır”.

WP qeyd edir ki, İsrail hakimiyyəti Qəzzanın işğalına qarşıdır, lakin sərhəddə bufer zonanın yaradılması, həmçinin keçid dövründə İsrail qüvvələrinin Qəzzaya çıxışı kimi təhlükəsizliyin gücləndirilməsi tədbirləri kimi ara variantları müzakirə edir. Lakin Co Bayden administrasiyası Qəzzanın muxtariyyətinə qoyulan istənilən məhdudiyyətin əleyhinədir.

Qəzza zolağının gələcəyinin planlaşdırılması İsrail və HƏMAS arasında hərbi münaqişənin hələ də davam etməsi ilə çətinləşir. Yaxın Şərq İnstitutunun siyasət üzrə vitse-prezidenti Brian Katulis, “müharibənin necə aparılacağı variantların genişliyini müəyyən edəcək" deyə qeyd edib. Onun fikrincə, Fələstin Muxtariyyətinin Qəzzada hakimiyyətə gəlməsi “bir sıra çox pis variantlardan ən yaxşısı ola bilər”.

Demokrat Partiyasının keçmiş müşaviri Dennis Ross hesab edir ki, müharibə bitdikdən sonra heç kimin yenidən silahlana bilməyəcəyini təmin edən mexanizm vasitəsilə demilitarizasiya məsələsini həll etmək üçün bir yol tapmaq lazımdır. Bununla belə, ərəb ölkələri lazım gəldikdə fələstinlilərə qarşı güc tətbiq etmək perspektivindən narahat olduqları üçün bölgəyə təhlükəsizlik qüvvələrinin göndərilməsinə ciddi şübhə ilə yanaşırlar.

Bununla belə, ekspertlərin The Washington Post-a verdiyi məlumata görə, Qəzzada silahlıların 15 ildən çox hakimiyyətdə olmasından sonra HƏMAS-a dəstək Fələstin cəmiyyətinin bütün təbəqələrində kök salıb.

Qeyd edilir ki, Co Bayden administrasiyasının anklavın yeni rəhbərliyi kimi baxdığı Fələstin Administrasiyası son illərdə fələstinlilər üçün çox az iş görüb. Fələstin Administrasiyasının fələstinlilər arasında nüfuzu İordan çayının qərb sahilindəki təhlükəsizlik tədbirləri ilə sarsılıb, çünki burada polisə təkcə fələstinliləri qorumaq deyil, həm də İsrailin hərbi işğalına kömək etmək tapşırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar