Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın yeni səfiri: "Biz bu regionda davamlı sülh üçün çalışacağıq"

ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbi ölkəsinin regionda davamlı sülh üçün çalışacağını və Azərbaycanın inkişaf etdiyinin şahidi olacağını deyib.

“Report” xəbər verir ki, bunu səfir videomüraciətində deyib.

O qeyd edib ki, ABŞ-nin Azərbaycandakı 11-ci səfiri kimi fəalliyyət göstərməyə başlamağı səbirsizliklə gözləyir.

"ABŞ Xarici xidmətinin karyera üzvü kimi Brüsseldə Avropa İttifaqındakı missiyasında Polşa, Kipr, Baham adaları və İraqda olub. Mən Vaşinqtonda illərlə çalışmışam. Əslən ABŞ-ın Şimal Şərqindəki nyu-İnqlənd bölgəsindənəm. Həyat yoldaşımda Bakıda yaşamağı səbirsizliklə gözləyirəm. Oğlumuz ABŞ-dədir, o, Azərbaycana gəlmək və buranın gözəl yerlərini ziyarət etmək istəyir", - o deyib.

Mark Libbi vurğulayıb ki, ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildən, müstəqillik qazanandan bəri dəstəkləyir.

"Biz 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olmuşuq. Ümid edirəm ki, biz bu regionda olduğumuz müddətdə davamlı sülh üçün çalışıb, Azərbaycanın inkişaf etdiyinin şahidi olacayıq. Burada olduğum müddətdə Bakını gəzmək, onun əzəmətli yerlərini, Tarixi keçmişi olan İçəri şəhəri, Heydər Əliyev Mərkəzinin gözəl memarlığını görmək şansım oldu. Mən bu yerləri daha yaxından tanımağa, daha çox yerlər görməyi və milli təamlar dadmağı arzu edirəm. Artıq, dadlı Azərbaycan dolmasını və plovunu dadmışam. Xahiş edirəm başqa dadlı Azərbaycan yeməklərini mənə məsləhət görün. Azərbaycanı yaxından tanımaq üçün təkliflərinizi gözləyirəm", - səfir bildirib.

Poliqon.info 


Etiket: Səfir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Abdelmajid Tebbun yenidən Əlcəzairin prezidenti seçilib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Ən çox oxunanalar