Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dövlət katibi: “Venesuelalılar Rusiya tərəfindən idarə olunmaq istəmir”

Paraqvayda işgüzar səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo Amerikanın Səsinə müsahibəsində Birləşmiş Ştatların hazırda böhranlı vəziyyətin yaşandığı Venesuela ilə bağlı siyasətini açıqlayıb

Pompeo Maduronun qələbə çaldığını iddia etdiyi seçkiləri “saxta” adlandırıb və 54 ölkənin müxalifət lideri Xuan Quaydonu ölkənin həqiqi prezidenti kimi tanıdığını qeyd edib.

Pompeo deyib ki, Nikolas Maduronun hakimiyyətdə qalmaq üçün göstərdiyi səylərə baxmayaraq, Venesula xalqı öz rəyini bildirib və bununla hesablaşmaq lazımdır: “Maduro və onun əlaltıları bu ölkəni məhv ediblər…Buna görə də venesuelalılar onu yenidən hakimiyyətdə görmək istəmir. Onlar Veneuelada həqiqi demokratiya və tərəqqi naminə səlahiyyətləri Milli Assambleyaya…və Xuan Quaydoya həvalə ediblər. Bu, tarixən çox zəngin ölkədir, burada yaşayan insanlar çox və inadla işlməyə hazırdır…Onlara korrupsiya ilə mübarizə aparan, hakimiyyəti kubalılara təhvil verməyən, ya da Rusiyanın müdaxiləsini tələb etməyən lider lazımdır”, Pompeo bildirib.

“O bütün hakimiyyətini kubalılar və ruslara təhvil verib” – deyə, ABŞ dövlət katibi Maduronun Rusiya və Kubanın resurslarından istifadə etməsini tənqid edərək əlavə edib. Birləşmiş Ştatların Venesuela böhranının həllində yeni strategiyasından danışan Pompeo qeyd edib ki, məsələ təkcə Amerikanın strategiyası deyil, həm də “Venesuela xalqının strategiyasındadır”. Onun sözlərinə görə, bu strategiyanı ölkə daxilindəki bütün müxalif qüvvələr bölüşür. Bu da ondan ibarətdir ki, venesuelılar Maduro rejiminin legitimliyini qəbul etmir və parlamentə ölkəni böhrandan çıxarmaq üçün səlahiyyətlər verib.

ABŞ dövlət katibi İranın Latın Amerikasında mövcudluğu ilə bağlı sualı da cavablandırıb: “Heç bir şübhə yoxdur. Hizbullahı dəstəkləmək üçün, transmilli cinayətkar təşkilatlar, region boyu terrorizm səylərini dəstəkləmək üçün İranın pulları Latın Amerikasında qalmaqdadır”, o bildirib. “Biz İranı olduğu kimi görürük: dünyada terroru dəstəkləyən ən böyük ölkə kimi. Bu, qlobal təhlükədir” – deyə, Pompeo əlavə edib.

ABŞ dövlət katibi bildirib ki, Maduronun zəifliyi “onun nəticədə getməsinə gətirib çıxaracaq” və bunun sayəsində “Venesuelada demokratiya və tərəqqi bərpa olunacaq”. (strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay