Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək - İlk dəfə

16-17 fevral tarixlərində Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 31 ölkədən 200-ə yaxın iştirakçının qeydə alındığı siyahıda ən titullu gimnastların olması artıq bütün diqqətləri bu yarışa cəlb edib. Belə ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Qonçarov Vladislav, Maklennan Rosannah, Burinet Ceyson, Donq Donq, Qao Ley, Uşakov Dmitri və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda Olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.

Yalnız Olimpiya deyil, bir çox dünya və Avropa çempionatı medalçılarının da yer alacağı kubok rəqabətin ən yüksəkdə olacağını artıq indidən vəd edir.

Ulduz kişi və qadın gimnastların siyahısı aşağıdakı kimidir:

- (Belarus) Qonçarov Vladislav - Olimpiya Oyunları 2016 - qızıl
- (Kanada) Maklennan Rosannah - Olimpiya Oyunları 2012, 2016 - qızıl
- (Kanada) Burinet Ceyson - Olimpiya Oyunları 2008 - gümüş
- (Çin) Donq Donq - Olimpiya Oyunları 2012 - qızıl
- (Çin) Gao Ley - Olimpiya Oyunları 2016 - bürünc
- (Böyük Britaniya) Peyc Brioni - Olimpiya Oyunları 2016 - gümüş
- (Rusiya) Uşakov Dmitriy - Olimpiya Oyunları 2012 - gümüş
- (Avstraliya) Vizani Benni - Yeniyetmələrin Olimpiya Oyunları 2018 - bürünc
- (Belarus) Rabstau Aleh - Dünya Çempionatı 2018 - qızıl (sinxron)
- (Rusiya) Yudin Andrey - Dünya Çempionatı 2018 - bürünc
- (Rusiya) Pavlova Yana - Dünya Çempionatı 2018 - bürünc
- (Avstriya) Klarke Dominik - Dünya Çempionatı 2018 - bürünc (sinxron)
- (Portuqaliya) Gançinho Dioqo - Avropa Çempionatı 2018 - qızıl
- (Belarus) Litvinoviç İvan - Avropa Çempionatı (yeniyetmə) 2018 - qızıl
- (Belarus) Qonçarova Hanna - Avropa Çempionatı - gümüş
- (Fransa) Morante Allan - Avropa Çempionatı 2018 - bürünc
- (Qazaxıstan) Aliyev Pirmammad - Asiya Oyunları 2018 - bürünc

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.

pia.az


Etiket: Dünya Kuboku

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar